Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağdaşı qorxuya salan məxluqlar Şabranda peyda oldu (YENİLƏNİB)
Tarix: 28-07-2016 | Saat: 13:32
Bölmə:Karusel / Hadisə | çapa göndər

Ağdaşı qorxuya salan məxluqlar Şabranda peyda oldu (YENİLƏNİB)

“Son 10 gündür cavanlar tərəfindən belə söhbətlər yayılıb ki, guya gecələr həyətlərə 3 nəfər saqqallı gəlir, həyətləri gəzirlər. Bəziləri deyirlər iki nəfər ağ saqqalıdır, onlardan biri hündür, digəri ortaboyludur. İnsanlar yaxınlaşanda qəfildən yox olurlar”.

Bunu Publika.az-a açıqlamasında Şabran rayon Gəndov kənd bələdiyyə sədri Fikrət Əliyev son günlər kənddə peyda olmuş qəribə varlıqlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, onları tutmaq üçün kəndin cavanları səhərə qədər küçədə qalır: "Cavanlar kimisə gördüklərini deyirlər, ancaq arxasınca qaçsalar da, tuta bilmirlər, gah da Quba tərəfə qaçdıqlarını deyirlər. Amma konkret görmüşəm deyən olmayıb. Sadəcə söhbətlər yayılıb. Gah həmin şəxslərin saqqallı olduğunu, gah da oğru olduğunu deyirlər. Ancaq bu vaxta qədər heç kimin həyətindən oğurluq olmayıb. Dünən bir ailənin həyətinə bağ tərəfdən gəliblər, daş atıb pəncərəni sındırıblar. Deyilənə görə, evə atılan daşın görünüşü fərqlidir, buralarda bu vaxta qədər belə daşa rast gəlinməyib. Həmin şəxslərin yalnız dul qadınların evini daşlaması barədə deyilənlər doğru deyil”.

Bələdiyyə sədri bu xəbərlərin əhali arasında narahatlığa səbəb olduğunu bildirib: “Bu söhbətləri balaca uşaqlar eşidib qorxuya düşür. Ümumiyyətlə, kənddə hər kəsdə bir narahatlıq var, böyüklər də gecələr həyətə çıxmağa çqorxur. Bu barədə polisə də məlumat verilib. Onlar da bununla məşğul olur, gecələr kənddə olurlar. İcra nümayəndəsinin də məsələdən xəbəri var. Amma icra heç nə edə bilməz. Həm də gecələr kəndin cavanları da küçələrdə olur, onları tutmağa çalışırlar”

Qeyd edək ki, ötən ay Ağdaşın Qoşaqovaq kəndində qəribə məxluqlar kənd sakinlərini qorxuya salmışdı. Orada da təsvir olunan məxluqlar da evləri daşlayırdı, lakin kənddə heç bir oğurluq olmamışdı. Hər iki kənd sakinləri evləri daşlayan məxluqların hündür və saqqallı olduğunu deyir. Bu günlərdə isə Xaçmaz rayon Xudat şəhərində də həyətləri gəzən ot tayalarını yandıran qəribə varlıqlar peyda olub. Sakinlər gecəni küçələrdə qalsalar da, həmin şəxsləri tuta bilmirlər.

***
11:22
Şabran rayon sakinlərinin Avrasiya.net-ə verdiyi məlumata görə, son bir neçə gündür ki, Şabranın Gəndov kəndində gecə saatlarında uzun saqqallılar sakinlərin evlərinin darvazalarını döyərək qaçırlar. Maraqlı odur ki, onlar yalnız dul qadınların yaşadıqları evləri nəzarətə götürürlər.

Bu adamların çox güman ki, vəhhabi olduqları söylənilir. Onları görənlər də olub, amma hava qaranlıq olduğundan tanıya bilməyiblər. Bunu nə səbədən etdikləri isə hələ məlum deyil.



5718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___