Magistrlara hərbi xidmətdən möhlət hüququ verildi
Tarix: 21-07-2016 | Saat: 13:53
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Bu il Azərbaycanda ilk dəfə olaraq magistraturaya qəbul olaraq hərbi xidmətdən möhlət hüququ veriləcək gənclərin ilkin sayı məlum olub.
"Xəbəraz.az "-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-nın sorğusuna verilən cavabda bildirilib ki, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 4640 nəfər qəbul olub. Bildirilib ki, onlardan 1622-si oğlan, 3018-i qız abituriyentlərdir.
Qeyd edək ki, prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb.
Qüvvəyə minən yeni qanuna əsasən, bundan sonra Azərbaycanda əyani təhsil alma formasında magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində də təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.
Xatırladaq ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların qəbul olunduqları ali təhsil müəssisələrində qeydiyyatı 28 iyun – 11 iyul tarixlərində aparılıb.
Magistraturaya qəbul olunan 5359 bakalavrdan (o cümlədən “ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunan) 4640 nəfəri ali təhsil müəssisələrində qeydiyyatdan keçib. Boş qalan plan yerlərinə ixtisaslaşma seçimi isə 8-14 avqust tarixlərində aparılacaq.
Xəbəri paylaş
9558 dəfə oxunub.
Digər xəbərlər

2-05-2016, 17:57
MTRŞ-dan reklamlarla bağlı - Yeni qayda
3-04-2015, 23:29
The Times: Putinin xəstəliyi haqda xəbərlər həqiqətdir
28-06-2017, 12:24
Damla yeni klipini bu mahnıya çəkəcək - Audio
4-08-2023, 10:24
Arzu Kəlbi: “Rəşad Dağlıya görə məni öldürürdülər” - VİDEO
26-01-2016, 22:08
35 yaşlı Binə sakini aseton içərək intihar etdi
17-08-2023, 13:39
Sumqayıtda 12 nəfərin hələ də nədən zəhərləndiyi BİLİNMİR... - VİDEO
4-04-2016, 16:03
Rəhbəri erməni olan telekanalın təxribatı - VİDEO
16-12-2016, 20:46
Dəməşqdə uşaq polis binasını partlatdı
16-02-2021, 03:54
Kimi çörəyin qiymətinə, kimi də çəkisinə “əl gəzdirir” - AÇIQLAMA