Bakıda DƏHŞƏT! Avtobus aşdı, 20-dən çox insan yaralandı- FOTOLAR
Tarix: 17-07-2016 | Saat: 14:31
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bu gün Bakının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib."Xəbəraz.az " -ın məlumatına görə, prospektin “aeroport yolu” kimi adlanan hissəsində metronun Koroğlu stansiyası ilə Bilgəh qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 171 saylı xəttin “Daewoo” markalı avtobusu ilə "Shacman" markalı yük maşını toqquşub. Hadisə nəticəsində avtobus aşıb, yük maşını isə yoldan çıxıb. Daha sonra isə “VAZ-2107” markalı maşın aşan avtobusa çırpılıb.
İlkin məlumata görə, qəzada 10 nəfərdən artıq şəxs yaralanıb, ölən yoxdur.
Yaralılar Sabunçu xəstəxanasına aparılıb.
Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasından"Xəbəraz.az " -a bildirilib ki, qəzadan sonra 21 nəfər yaralı tibb müəssisəsinə daxil olub. Onlar arasında ağır xəsarət alanlar da var.
Yol Polisindən isə bildirilib ki, qəzadan sonra ərazidə tıxac yaranıb və sıxlıq tədricən aradan qaldırılır.
Qeyd edək ki, qəzada yaralanmış 21 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda 20 nəfərdən çox insanın yaralandığı dəhşətli avtobus qəzasının baş verdiyi yerdən çəkilmiş fotoları təqdim edirik.
Xəbəri paylaş
6438 dəfə oxunub.
Digər xəbərlər

27-02-2017, 13:00
Alman azarkeşlər Azərbaycanla oyun üçün 800 bilet sifariş edib
17-02-2016, 00:52
“Rəisin Nigar Köçərlini təhqir etməsi xəbərinə - Rəsmi münasibət
28-04-2017, 09:12
Rəfiqəsinə qoşulub qaçdığı deyilən qızın atasından — Açıqlama
11-10-2015, 14:30
Azərbaycanlı nazirlər hansı təhsil müəssələrini bitiriblər? - SİYAHI
10-08-2022, 16:48
Respublika Dəri-Zöhrəvi Mərkəzi XƏSTƏLİK YAYIR - İLGİNC FAKTLAR
3-10-2020, 13:26
Ermənilər Laçın və Xankəndindən QAÇIR
18-07-2016, 14:57
Türkiyə hökumətinin yanında olduğumuzu və dəstəyimizi qətiyyətlə bəyan edirik-Alexsander Şapiro Suliman
15-05-2016, 05:01
Dağlıq Qarabağ probleminin həllini təmin etmək məcburiyyətindədir-ABŞ
9-07-2015, 00:50
Nabrandakı qatilin görüntüləri- Video