Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Olland: Nitsada törədilən terror aktı nəticəsində xeyli sayda uşaq ölüb
Tarix: 16-07-2016 | Saat: 11:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Olland: Nitsada törədilən terror aktı nəticəsində xeyli sayda uşaq ölüb

İŞİD terror qruplaşması iyulun 14-də, axşam saatlarında Fransanın Nitsa şəhərində baş vermiş terror aktına görə məsuliyyəti üzərinə götürüb

Nitsada yük maşınının Bastiliya Qalasının Alınması Günü münasibəti ilə bayram tədbirinə toplaşmış kütləni əzib keçməsi nəticəsində azı 77 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Fransua Olland xalqa telemüraciətində deyib.

“Nitsada yük maşınının sürücüsü öldürmək, əzmək, məhv etmək niyyəti ilə 14 İyulu (Bastiliya Qalasının Alınması Günü) qeyd edən insan kütləsini əzib. Bu ana 77 nəfərin öldüyünü demək olar, onların arasında xeyli sayda uşaq var. İyirmiyədək insanın vəziyyəti kritikdir. Bu hücumun terror xarakterli olduğunu inkar etmək olmaz”, - deyə Olland qeyd edib.

Prezident üç ay davam edən fövqəladə vəziyyət rejiminin müddətini artırdığını bildirib.

İŞİD terror qruplaşması iyulun 14-də, axşam saatlarında Fransanın Nitsa şəhərində baş vermiş terror aktına görə məsuliyyəti üzərinə götürüb.

"Report"un məlumatına görə, bu barədə Britaniyanın "The Daily Mail" qəzeti məlumat yayıb.

Yük maşınını idarə edən şəxs 31 yaşlı Tunis əsilli Nitsa şəhər sakini olub. Bu barədə yerli “Nice Matin” nəşri xəbər yayıb.

“iTele” telekanalının məlumatına görə, qeyd olunan şəxs xırda qanun pozuntularla əlaqədar hüquq-mühafizə orqanlarının nəzarətində olub. Lakin, onun terrorçularla əlaqədə olması indiyədək qeydə alınmayıb.

Fransanın Daxili Təhlükəsizlik İdarəsinin rəisi Patrik Kalvar Nitsadakı hücumdan bir müddət əvvəl nəqliyyat vasitələrinin istifadəsi ilə mümkün terror aktları barədə xəbərdarlıq etmişdir.

Bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Patrik Kalvar İŞİD terrorçularının hücum taktikasını dəyişəcəklərinə əmin olduğunu bildirmişdi: “Onlar minalanmış avtomobillərdən və partlayıcı qurğulardan istifadə edəcəklər”.



4548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___