Nizami Paşayev yığmadan qovuldu
Tarix: 21-06-2016 | Saat: 11:43
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbərliyində dəyişikliklər olub. AAAF-ın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qurumun prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev yeni vitse-prezident, Rizvan Rəsulov isə baş katib təyin edilib. Rəsulov bu postda Yavər Hacıyevi əvəzləyib.
Yığmamızın “sükanı arxası”na yeni baş məşqçi gətirilib. Bundan sonra əsas komandamıza rəhbərliyi Tofiq Heydərov edəcək. O, bu postda Nizami Paşayevi əvəzləyib.
Yeni vəzifələrə təyinatdan sonra Əsgərov müşavirə keçirib və idmançılar tərəfindən qadağan olunmuş stimullaşdırıcı preparatlardan istifadə olunmasının təkrarlanmamağına qarşı ciddi tədbirlərin görülməsi barədə tapşırıq verib.
Hazırda federasiyada Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq gedir. Ən yaxın zamanda Azərbaycanın ağır atletika üzrə yığmasının heyəti formalaşdırılacağı bildirilir.
Antidopinq qaydalarının pozulmasında ittiham olunan dünya və Avropa çempionu Boyanka Kostovaya gəlincə isə, Azərbaycan AAAF Beynəlxalq Ağır Atletika Federasiyasına apelyasiya şikayəti göndərib. Federasiya qısa müddətdə apelyasiya şikayətinin müsbət həllini tapacağına və idmançımızın 2016-cı il Yay Olimpiya Oyunlarında iştirak edəcəyinə ümid edir. Lakin bunun üçün onun “wild card” alması da rol oynayacaq.
Qeyd edək ki, ona kimi 6 ağırlıqqaldıranımız dopinqdə “ilişib” və cəzalanıb.
Xəbəri paylaş
7308 dəfə oxunub.
Digər xəbərlər

11-07-2017, 13:54
DYP-nin təqib etdiyi sürücü maşını kanala aşırdı -AĞDAŞDA
22-02-2016, 21:41
Azərbaycanlı aktrisa: "Sevgi məsələlərində təcrübəsiz, saf və tez aldananam" - FOTO
18-04-2021, 12:20
Ağdamda qoyun otaran şəxs minaya DÜŞDÜ
28-03-2015, 16:24
Cadu və cadunun aradan qaldırılması yolları
18-05-2016, 17:18
Lavrovun susdurulmasına görə Türkiyəyə - Sərt cavab
27-06-2016, 13:24
Kişilərin məni arzulaması xoşuma gəlir- MODEL
3-11-2021, 12:56
Hava KƏSKİN DƏYİŞƏCƏK: Qar yağacaq
14-01-2018, 19:17
Alimlərdən tövsiyə: ya vegeterian olun, ya da həşərat yeyin
16-05-2021, 00:15
ŞAD XƏBƏR - Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ