Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məxfi Sovet planı: Qafqaz işğalının III mərhələsi
Tarix: 17-05-2016 | Saat: 13:21
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Məxfi Sovet planı: Qafqaz işğalının III mərhələsi

Rusiya çalışır ki, imperiyanı bərpa edib, postsovet məkanına nəzarət etsin.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində gürcüstanlı politoloq Oleq Panfilov söyləyib. Onun sözlərinə görə, Moskva Rusiya imperiyasını bərpa etməklə MDB ölkələrinin daxili və xarici siyasətinə təsir etməyə çalışır:

“Hələlik Mərkəzi Asiyada onlar nə isə əldə etməyi bacarıblar. Qafqazda isə bu planlarını Ermənistan vasitəsilə reallaşdıra biliblər. Azərbaycan və Gürcüstana isə təsir edə bilmirlər. Belarus və Qazaxıstan da Rusiya təsiri altındadır. Putin postsovet məkanında Kremlin təsirini bərpa etmək istəyini gizlətmir. Onun üçün birinci maneə Çeçenistan oldu. Doğrudur, o, suveren dövlət kimi tanınmırdı, amma siyahıda adı hesablaşılması gərəkən ilk dövlət kimi qeyd edilmişdi. Çeçenistanı məhv edib, hakimiyyətə Kadırovları gətirdilər. Yüz minlərlə çeçen artıq çoxdandır ki, Avropada miqrant həyatı yaşayır. Daha sonra isə Gürcüstan və Ukrayna ilə müharibə oldu. Bu, Rusiya tarixində ilk belə hal deyil. Biz hazırda Rusiyanın üçüncü ekspansiya dalğası yaratmaq cəhdini müşahidə edirik. Lakin indi onların bu cəhdi yaxşı alınmır”.

O, Rusiyanın MDB-yə iki yolla təsir etməyə çalışdığını bildirib:

“Bəzi dövlətlərin Rusiyaya müqavimət göstərməsi, bəzilərinin isə onun tabeliyində olması postsovet məkanının formalaşma tarixi ilə bağlıdır. Boris Yeltsin postsovet məkanını nəzarətdə saxlamaq istəyən ilk şəxs idi. O zaman Rusiyanın gücü yox idi, ona görə də daha yumşaq qaydada MDB yaradılmaqla məsələni həll etdilər. Bu yumşaqlıq bəzi ölkələrin Rusiya təsirindən çıxmasına səbəb oldu. Məsələn, Türkmənistan anladı ki, onların Kremli dinləməyəcək qədər neft və qazı var. Özbəkistan da özbaşına yaşamağı qərara aldı. Gürcüstanla Rusiyanın hər zaman problemləri olub. Ukrayna ilə isə çətindir. Ona görə ki, ölkə böyük və fərqli düşüncə tərzinə malikdir. Qazaxıstanın böyük hissəsi rusdilli əhalidir. Qırğızıstanda da kifayət qədər rus var. Maraqlı məqam orasıdır ki, qazaxlar və qırğızlar rus dilini aktiv şəkildə istifadə edirlər. Bunun nəticəsi assimilyasiya olacaq. Tacikistanda isə rusdilli əhali yoxdur, amma Rusiya bazası var. Bu gün Rusiya bazaları Tacikistan, Qırğızıstan, Ermənistan və Belarusda yerləşir. Bu da həmin ölkələrin stabilliyinin Moskvanın iradəsinə tabe olması deməkdir. Rusiyanın MDB-yə təsiri üçün əsas iki faktor mövcuddur. Bunlar hərbi güc və rus dilidir. Bu təsirin zəiflədilməsi üçün GUAM yaradılıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova burada birləşib. Əvvəl Özbəkistan da bura daxil idi, amma sonradan təşkilatdan uzaqlaşdı. Mərhələli olaraq bütün ölkələr öz xarici siyasətlərində çıxışlar axtarmağa başladılar. Məsələn, Azərbaycana Türkiyə ilə, Moldovaya Rumıniya ilə, Ukraynaya isə Polşa ilə işləmək rahatdır. Bütün bu ölkələrin hamısı Avropaya yönəlmək istəyirlər”.



5398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___