"Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək" - Video
Tarix: 30-04-2016 | Saat: 13:27
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər
Formula 1 prezidenti Berni Ekklstoun Ermənistanla Azərbaycan arasındakı gərginliyin Bakıda keçiriləcək Avropa Qran Prisinə təsir etməyəcəyini deyib.
Formula 1 prezidenti iki ölkənin arasındakı münaqişəyə qarışmadığını da bildirib. Milyarder Soçidə keçiriləcək Formula 1 yarışlarından əvvəl Tass-a qısa müddətli müsahibə verərək bu barədə danışıb.
"Ermənistanla Azərbaycan arasındakı gərginlik Bakıda keçiriləcək Avropa Qran Prisinə təsir etməyəcək. Mən buna əminəm. "Formula 1 heç kimlə müharibə aparmır. Oxşar hal Bəhreynlə bağlı da olmuşdu”.
Milyarder Putinin dünya liderləri arasında mövqeyi, ABŞ-da keçirilən prezident seçkiləri və FİFA-nın prezidenti Yozef Blatterin qovulması haqqında da danışıb. Formula 1 prezidenti Putini İngiltərənin sabiq prezidendi Uinston Çörçill ilə müqayisə edib. Onun sözlərinə görə, Putin dünya tarixində ən yaxşı siyəsətçilərdən biridir. O, ABŞ-da keçirilən prezident seçkilərinə də münasibət bildirib: "Mən istəyərdim ki, Donald Tramp qalib gəlsin. Əgər Hillari Klinton qalib gəlsə? Mən ona çox inanmıram". Daha sonra B.Ekklstoun FİFA-nın sabiq prezidenti Yozef Blatter barədə də danışıb. O, Blatterin heç bir günahı olmadığını deyib.
Berni Ekklstoun 1974-cü ildən şirkətin prezidentidir. 2015-ci ildə 85 yaşı tamam olan bu britaniyalı Formula 1-i milyardlarla dollar qazanc əldə edən uğurlu kommersiya layihəsinə çevirib. Yarış ötən il 2 milyard dollar gəlir əldə edib. Bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatı olan Formula 1 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Rəsmi qəbul edilməsə də bir çox hallarda Formula 1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar. 2016-cı il Formula 1 Avropa Qran-Prisinin 17-18-19 iyunda Bakıda keçirilməsi nəzərdə tutulub/anspress.com/.
Xəbəri paylaş
6748 dəfə oxunub.
Digər xəbərlər

23-10-2015, 20:46
“Zara”nın təsisçisi dünyanın ən varlı insanı oldu - FOTO
26-01-2016, 15:40
“Eurovision-2016” - Çıxışların tarixləri açıqlandı
24-05-2022, 11:35
Böyrəkləri ən yaxşı təmizləyən təbii üsul
23-12-2018, 15:32
Azərbaycana qış daxil oldu
21-03-2017, 17:45
Sami Yusif: "Mən Ermənistanı dəstəkləməmişəm, yalandır" - Foto
25-01-2020, 15:20
Ehsan Zahidov: Salyanda polislə bağlı yayılan məlumat təxribatdır
30-05-2020, 19:26
Paşinyana qarşı yeni müxalif partiya yaradıldı
28-10-2016, 17:52
Aygün Kazımova canlı yayımda ağladı - video
7-02-2019, 13:11
Boşanma səbəbləri - “Gənclər ailə qurmağa oyun kimi baxırlar”