Təhlükəli rus haker ABŞ-da həbsə məhkum edildi
Tarix: 21-04-2016 | Saat: 15:16
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
-
“SpyEye” zərərverici virus proqramının yaradıcısı, 27 yaşlı rusiyalı haker Aleksandr Panin ABŞ-da azadlıqdan məhrum edilib.
"Xəbəraz.az "-ın “The Guardian”a istinadən verdiyi xəbərə görə, “Gribodemon” və “Harderman” nikləri ilə tanınan A. Panin ABŞ məhkəməsini qərarı ilə 9,5 il müddətinə həbsə məhkum olunub. Prokuror bildirib ki, 2010-2012-ci illərdə “SpyEye” 50 milyondan çox kompüteri yoluxdurub, nəticədə dünya üzrə maliyyə qurumları və fiziki şəxslərə təxminən 1 milyard dollar həcmində ziyan dəyib.
A. Panin istintaqla əməkdaşlığa razılaşıb və prokurorla sövdələşməyə gedib. Onun şəriki olan Əlcəzair vətəndaşı, 27 yaşlı Hamza Bendelladj 15 il azadlıqdan məhrum edilib. O, “SpyEye” virusunun satışı ilə məşğul imiş.
Troyan virus növlərindən biri olan “SpyEye” kompüterlərə daxil olaraq istifadəçilərin gizli məlumatlarını, o cümlədən bank hesablarını, kredit kartlarının bilgilərini, parol və PİN-kodları oğurlayır.
Xəbəri paylaş
5588 dəfə oxunub.
Digər xəbərlər

13-10-2022, 10:13
Azərbaycanda tanınmış musiqiçi qəzaya düşüb - FOTO/VİDEO
18-03-2022, 11:55
Goranboyda əməkhaqqı kartlarının dəyişdirilməsi adı ilə müəllimlərdən pul yığılır- İDDİA
19-03-2017, 19:51
Kadırov: "Gizli savaş elan edildi"
31-01-2017, 12:03
İstanbulda atışma: ölən və yaralanan var - VİDEO
6-05-2017, 16:22
Balaca Yusifin sizlərin köməyinə ehtiyacı var
8-12-2017, 13:09
Bayram süfrəsi neçəyə başa gələcək?
2-02-2021, 11:59
Bakıda narkotik satan şəxs saxlanıldı - FOTOLAR
29-01-2023, 12:25
Tanınmış klarnet ifaçısı vəfat ETDİ
25-06-2015, 00:07
Ərdoğanın pencəyi Ermənistanı qarışdırdı (FOTO)