Nazirlikdən telefon satanlara - Xəbərdarlıq“
Tarix: 20-04-2016 | Saat: 12:19
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, nazirliyin xəbərdarlığında bildirilir ki, satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və “IMEI” nömrələri qeydiyyata alınmış mobil cihazların satışı təşkil olunmalıdır. Satış məntəqələrində olan bütün mobil cihazların “IMEI” nömrələrinin qeydiyyatı həmin cihazları satan fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilməlidir.
İstehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində olan mobil cihazların sertifikatla təmin olunub-olunmaması, eyni zamanda onların “IMEI” nömrələrinin qeydiyyatda olması yoxlanılacaq, sertifikatsız, həmçinin “IMEI” nömrələrini qeydiyyata almadan mobil cihazların satışını təşkil edən fiziki və hüquqi şəxslərə qarşı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun tədbirlər görüləcək.
Alıcılara mobil cihaz alan zaman “IMEI” nömrəsinin qeydiyyatda olmasını www.imei.az, www.e-gov.az saytlarına daxil olmaqla, “IMEI” nömrəsini yazaraq “1677” qısa nömrəsinə SMS göndərməklə və ya “1677” məlumat mərkəzinə zəng etməklə yoxlamaları tövsiyə olunur.
Xəbəri paylaş
6378 dəfə oxunub.
Digər xəbərlər

14-06-2018, 18:49
"Unibank"ın rəhbərliyində dəyişiklik
30-12-2022, 11:11
Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb
17-01-2017, 14:53
Kişilərin qadınlarda sevmədiyi on cəhət - SİYAHI
24-10-2018, 12:14
“Telekanallar reytinq xatirinə istədiklərini edə bilməz”
3-03-2016, 15:37
Səbail gəncləri “Ağ ölümə” yox deyir!
29-06-2016, 22:33
Yunanıstan baş nazirindən Ərdoğana başsağlığı
30-05-2016, 11:12
İraq ordusu Fəllucəyə girdi
15-03-2023, 10:42
Şuşaya gedən yük maşını qəzaya düşdü - Sürücü öldü
24-04-2018, 10:39
Hüseyn Abdullayev hardadır? – Vəkili açıqladı
26-11-2015, 14:23
"Ən-Nusra Cəbhəsi" 42 Suriya hərbçisini edam etdi