Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputat: “Gözəllik salonlarından yığılmış erməni qızlar…”
Tarix: 19-04-2016 | Saat: 13:14
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Deputat: “Gözəllik salonlarından yığılmış erməni qızlar…”

Ermənistan-Azərbaycan cəbhə xəttində 2-5 aprel tarixində Silahlı Qüvvələrimizin zəfərlərindən sonra Ermənistan öz ordusunda olan böyük çatışmamazlıqları istənilən yolla yamamağa cəhd göstərir.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə yazıb. Deputat son zamanlar “erməni təbliğat virusunun” cəmiyyətdə yayılmasından narahatçılığını ifadə edib:

“Bir spesifik məsələyə münasibətimi bildirmək istəyirəm. Ermənistan ordusunda əsgər çatışmazlığı əvvəldən də məlum idi. 9,7 milyon nəfərlik Azərbaycana qarşı 3 milyonluq Ermənistanın zəif canlı qüvvəsi açıq görünürdü. Son hadisələrdə isə erməni əsgərinin Sərkisyan hakimiyyətini müdafiə etmək üçün öz canından keçmək istəmədiyi məlum oldu. Artıq Ermənisan vətəndaşları öz övladlarını işğal edilmiş ərazilərə hərbi xidmət çəkməyə göndərməkdən imtina edirlər.

Bu situasiyada isə erməni təbliğat maşını guya erməni qızlarının cəbhəyə getmək istəməsi barədə kampaniyaya başlayıb. İrəvanın gözəllik salonlarından və teatr səhnələrindən yığılmış erməni qızları videokameralar qarşısında Sərkisyana lazım olan bəzəkli patriotik sözlər deyirlər. Bununla Ermənistanda əsgərlikdən boyun qaçıran gənclərinə təsir etmək və Azərbaycana yönəlik bir siyasət işlətmək istəyirlər”.

Millət vəkili, bəzi insanlar tərəfindən tələsik “cəbhədə azərbaycanlı oğlanların o qızları gözlədiklərini”, “azərbaycanlı oğlanların erməni qızlarına xüsusi marağı var” kimi yarızarafat, yarıciddi cəfəng və təhlükəli fikirlərin yayılmasını sərt tənqid edib:

“Bu fikri səsləndirənlər ilk növbədə Azərbaycan qadınına öz hörmətsizliyini göstərmiş və azərbaycanlı kişisinin adını ləkələmiş olurlar. Bu yerində olmayan zarafatlar erməni xisləti ilə tanış olmayan cavan oğlanlarda zərərli bir maraq yaratmış olurlar. Qarşı tərəfdə kimin durmasından asılı olmayaraq o düşmənimizdir və Xocalının məsuliyyəti silahını Azərbaycana tərəf tuşlayan istənilən şəxsin də üzərinə düşür”.


Xəbəri paylaş

6508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___