Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Güləşçimiz beşqat Avropa çempionu oldu - Yeniləndi
Tarix: 09-03-2016 | Saat: 00:09
Bölmə:Karusel / İdman / Foto-fakt / Ekskluziv | çapa göndər

Güləşçimiz beşqat Avropa çempionu oldu - Yeniləndi

Bu gün Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. Yarışın ilk günündə 3 idmançımız mübarizəyə qoşulub.

"Xəbəraz.az " xəbər verir ki, 48 kq-da qadın güləşçilərin mübarizəsində ölkəmizi təmsil edən Mariya Stadnik üç rəqibini məğlub edərək finala vəsiqə qazanıb. Burada onun rəqibi rumıniyalı idmançı Emilia Vuç olacaq. Final Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

86 kq çəkidə sərbəst güləşçilərin yarışmasında isə Azərbaycanı təmsil edən Aleksandr Qostiyev üç rəqibini məğlub edərək finala vəsiqə qazanıb. İdmançımız finalda rusiyalı Şamil Kudiamaqomedovla güləşəcək.

Kişilərin yarışında isə 57 kq-da sərbəst üsulla güləşən Mahir Əmiraslanov 1/8 finalda Eduards Kuçepalovsu (Latviya) 11:1 hesabıyla məğlub etsə də, 1/4 finalda Ukrayna təmsilçisi Andrey Yatsenkoya 8:9 hesabıyla uduzub. Təsəlliverici görüşdə Marsel Evaldla (Almaniya) qarşılaşan Mahir Əmiraslanov rəqibini 3:0 hesabıyla üstələyib. Bürünc medal uğrunda görüşdə o, rumıniyalı Andrey Dukovla qarşılaşacaq.

Xatırladaq ki, yarışın ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparır.

23:57

Azərbaycan güləşçisi Mariya Stadnik Riqada keçirilən güləş üzrə Avropa çempionatında qələbə qazanaraq 5-ci dəfə qitə birincisi olub.

"Xəbəraz.az " xəbər verir ki, Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. Yarışların ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparıb.

Qadın güləşi üzrə yığmamızın kapitanı Mariya Stadnik (48 kq) finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb. Əvvəlcə o, Ukrayna təmsilçisi Oleksandra Kogutu, ardınca Rusiya təmsilçisi Valentina İslamovanı, yarımfinalda isə Bolqarıstandan Elitsa Yakonvanı tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rumıniya təmsilçisi Emilia Vuc olub. Rəqibinə heç bir şans verməyən Mariya Stadnik növbəti dəfə Avropa çempionu adına sahib olub. Xatırladaq ki, Mariya bu günədək 4 dəfə (2008, 2009, 2011, 2014) Avropa çempionu, ötən il isə ilk Avropa Oyunlarının qalibi olub.


Xəbəri paylaş

7028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___