İŞİD-in "paytaxtı"nda terrorçulara qarşı üsyan başladı
Tarix: 06-03-2016 | Saat: 15:23
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Rakka sakinlərinə hökumət qüvvələri də dəstək verir
“İslam Dövləti” (İŞİD) terror təşkilatının özünün paytaxtı elan etdiyi Suriyanın Rakka şəhərinin əhalisi üsyana qalxıb. Şəhər əhalisi terrorçulara qarşı çıxaraq bir neçə məhəllədəSuriyanın dövlət bayrağını qaldırıb.
APA-nın məlumatına görə, “Sputnik” şahidlərə istinadən xəbər verir ki, Rakkanın 5 məhəlləsində binaların üstündə Suriyanın dövlət bayrağı qaldırılıb.
Bundan sonra əhali iki məhəllədə Suriya ordusuna dəstək şüarları ilə kütləvi mitinqə çıxıb.
Mitinq başlayandan sonra nümayişçilərlə İŞİD terrorçuları arasında amansız döyüş başlayıb. Nəticədə Rakka sakinlərinin xeyli sayda terrorçunu məhv etdiyi bildirilir.
Şahidlərin sözlərinə görə, martın 5-də şəhərin küçələrində terrorçuların öz arasında güclü atışma baş verib. Terrorçuların əsas qüvvələri 100-dək fərarinin qaçmasının qarşısını almaq üçün şəhərdən çıxışı bağlayıb.
Qeyd edək ki, İŞİD-in paytaxt elan etdiyi Rakka şəhəri Suriyanın şimalında Fərat çayının sahilində yerləşir. Şəhər terrorçular tərəfindən 2013-cü ildə tutulub.
Hazırda Suriya hökumət ordusu kürd silahlıları ilə eyni vaxtda müxtəlif istiqamətlərdən Rakka şəhəri üzərinə hücumlar təşkil edir.
Xəbəri paylaş
6468 dəfə oxunub.
Digər xəbərlər

29-07-2015, 00:49
Azisin konserti belə yadda qaldı
26-04-2017, 16:28
Xalq artisti: “Oğlum müğənni olmaq istəyirdi, indi biznesmendir” - VİDEO
12-11-2016, 20:14
İşıq İdarəsinin işçisini “tok” vurdu, öldü
14-06-2016, 18:15
Avropa əhalisi Rusiya ilə barışıq istəyir
13-03-2015, 11:54
Pakistanın prezidenti və onun xanımı İçərişəhərdə - FOTOLAR
5-10-2016, 21:07
Miqrantlar yük maşınında aclıqdan öldülər
14-07-2015, 12:39
"Rembo" İŞİD-lə döyüşəcək
23-02-2022, 22:38
Reklamdan 2 milyon qazanacaq
6-05-2016, 00:11
Moskvada redaktor qətlə yetirildi