Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xumar Qədimova: "Yavaş-yavaş öldüyümü ona söyləməyin…"
Tarix: 01-03-2016 | Saat: 14:11
Bölmə:Karusel / Şou-Biznes / M2 / Müsahibə | çapa göndər

Xumar Qədimova: "Yavaş-yavaş öldüyümü ona söyləməyin…"


Şou-biznesdə müğənnilər bir-birini yıxıb-sürüsün, aləm bir-birinə dəysin, heç vecinə də deyil. Onu nə gündəm maraqlandırır, nə də şou aləmin diqqət mərkəzində olmaq. Çünki öz dünyasında daha rahatdır. Gündəmdə olmayanda da gündəmdədir, öz hücrəsinə çəkilib, heç vaxt kirlətmədiyi ruhu ilə baş-başa qalıb, könlünün səsini dinləyənlərdəndir. Xumarı deyirəm, sükutu hər zaman nəğmələri ilə pozan, musiqiləri ilə ürəkləri ovsunlayan, nazı-qəmzəsi ilə yandırıb-yaxan, atəş dolu bir xanım...

"Xəbəraz.az " publika.az-a istinadən müğənni Xumar Qədimovanın müsahibəsini təqdim edir:

- "Bir salama dəymədi" mahnınızla yenidən şou-biznesin gündəmini alt-üst etdiniz. Sükutu hər zaman nəğmələri ilə pozan Xumar niyə məhz "Bir salama dəymədi"ni seçdi?

- Mən şeiriyyat aşiqiyəm və həmişə də gözəl şeirlərə mahnı oxumaq istəmişəm. Elə bir şeir seçmək istəyirəm ki, ona nəğməmlə söz deyə bilim. "Bir salama dəymədi" şeirini də nəğməyə çevirmək içimdən gəldi.
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə illərdən bəri,
Qəlbimizin bir duyub,
Bir vurduğu illəri
Axı nə tez unutdun?
Hər bir şeyin sonu var, nəğmələrimin birində deyildiyi kimi: "Nə olsa, sonu kədər olur".

- "Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!" Xumara daha çox zülm ediblər, yoxsa Xumar özü zülm edib?


- Söhbət eşqdən gedirsə, mənə sevgidə heç kim zülm etməyib, mən zülm etmişəm.

- Acımamısız halına?

- O anda onu istəməmişəm. Bir rəfiqəm var, həmişə ona deyirəm ki, sevəndə dəli kimi sevirəm. Atdığımı da birdəfəlik atıram. Hər şey bir anda heç nə olur. O da məəttəl qalıb ki, ay aman, bu necə sevgidir ki, tamamən yoxa çıxıb?

- Xumarın dəli sevgisini nə bitirə bilər?

- Vallah, heç özüm də bilmirəm.

- Bəlkə, xəyanət?

- Mən heç vaxt xəyanət edəni seçmərəm.

- Bir dəfə aktrisa Mehriban Zəkidən müsahibə almışdım. Demişdi ki, dost xəyanətini bağışlayıb-bağışlamamaq barədə düşünmək olar, amma sevgidə xəyanətə nöqtə qoymaq lazımdır. Bəs siz necə düşünürsünüz?

- Mən xəyanəti təsəvvür edəndə belə nöqtə qoyuram. Heç ortada səbəb də olmur. O ki qalmış xəyanət edə.

- Xumarın səsi həm də öldürüb-dirildir. Bir dəfə çox yaxın rəfiqəm dedi ki, maşını sizin ifanızı dinləyə-dinləyə idarə edirmış. Qayda pozuntusu edib, az qala qəza törədəcəkmiş. Polis əməkdaşı da deyib ki, Xumara qulaq asanda bilmirdin, belə olacaq?..

- Bir neçə dəfə mənə də deyiblər ki, sükan arxasında mahnına qulaq asanda nəğmən alıb aparır insanı. Ona görə haradasa qorxuludur qulaq asmaq.

- Musiqi var, dinləyəndə səni aşağı çəkir, musiqi də var ki, insanı yuxarı dartıb aparır.

- Məni aşağı çəkən mahnıları dinləmədiyim üçün o halı yaşamamışam.

- Şükür Allaha, ölməmişəm... Bu mahnını dinləyəndə deyirəm, yalnız Xumar sağ ikən ölümündən sonranı düşünüb yaşaya bilər...

- O sözlər Sona Vəliyevaya, musiqi mənə məxsusdur. Sona xanım özü bu şeiri yazmasının səbəbindən danışarkən belə demişdi ki, unudulmaq yalnız ölmək deyil. Faciə, yaşayaraq unudulmaqdır. "Şükür ki, ölməmişəm, elə-belə bu dünyadan getmişəm". Arzulayıram ki, hamımız elə-belə bu dünyadan köçüb gedək, birdəfəlik ölməyək.

- Digər bir nəğmənizdə də söyləmisiniz ki, "Əl-ələ tutub gedək"... Əl uzadacağınız, əlindən tutmaq istədiyiniz adamlar çoxdurmu?

- Çox deyil, amma var. Olmasa, məhv olaram.

- Xumarın öz dünyası var, amma bildiyimiz qədər, Xumar hələm-hələm o dünyaya qonaq qəbul eləmir...

- Mən nəinki ən əziz adamıma, adi bir işlə də bağlı ünsiyyət qurduğum birinə çox dəqiq yanaşıram və qarşımdakından da onu tələb edirərm. Hətta bacım bu xarakterimə görə məni qınayır da, "çürükçü" adlandırır. O ki qaldı yanımda olanlara, mənim tez-tez işlətdiyim bir ifadə var: "Ya hər şey, ya da heç nə". Yəni kimsə mənim yanımdadırsa, deməli, ona verdiyim dəyər böyükdür. Ona görə dostlarım da mükəmməl olmalıdırlar. O insan məni duymalıdır, onunla rahatlıq tapmalıyam. Əks halda, həmin adam mənim yanımda ola bilməz.

- Xumar hansı məqamlarda qırılır, inciyir?

- Elə məqamlar var ki, mən o haqda çox düşünürəm, amma danışmıram, paylaşmıram. Məsələn, elə dahilərimiz, ziyalılarımız var ki, onlara əlçatmaz baxıram, barələrində ali düşüncələrim var. Hərdən öz-özlüyümdə fikirləşirəm ki, nə yaxşı, onlar həyatdan köçüblər. Yoxsa həmin insanın hansısa bir hərəkətini görüb sarsıla bilərdim. Axı onu xəyalımda göylərə qaldırmışam. O məni xəyal qırıqlığına uğratsaydı, məhv olardım. Yeri gəlmışkən, çox sevdiyim Vaqif Səmədoğlunun bir müsahibəsində oxumuşdum. O, Bethovenə olan ali hisslərini bölüşərkən onun haqqında öyrəndiklərindən çox təsirləndiyini demişdi. Məsələn, Bethovenin qulluqçusu bəstəkarın natəmizliyindən, yemək yeyərkən ətin sümüklərini royalın üstünə atmasından bezdiyini yazıb. Vaqif müəllim də onu oxuyub. Bununla bağlı müsahibəsində demişdi ki, kaş bunu oxumayaydım, bilməyəydim və Bethoven yaddaşımda elə o cür qalardı. Bunu oxuyanda mənə xoş oldu. Nə yaxşı mənim kimi düşünən insanlar var, dedim.

- Çox fərqli düşüncələriniz var. Ürəyimdən bir sual keçdi, görəsən, Xumar kiməsə görə canını fəda edərdimi?

- Bacıma, övladıma görə canımı fəda edərəm.

- Bəs sevgilinizə görə?

- Səmimiyyətinə güvəndiyim insandırsa, ona görə canımı fəda edərəm.

- Bəs əksinə olsa, necə?

- Əksinə olsa, nəinki həyatımı fəda eləmərəm, hətta özümü ona o dərəcədə qısqanaram ki, halımdan xəbərsiz olmasını istəyərəm. Məşhur şeirdə deyildiyi kimi:
Mutlu bilsin hər günümü,
Söyləyin, həp güldüyümü,
Yavaş-yavaş öldüyümü
Sakın ona söyləməyin...


Xəbəri paylaş

8648 dəfə oxunub.

Digər xəbərlər
2-05-2016, 20:59 Yenə qaz olmayacaq
22-06-2019, 14:26 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___