"Büdcədə əhaliyə pensiya ödənişlərin həcmi artırılıb"
Tarix: 24-02-2016 | Saat: 08:50
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
"Prezident İlham Əliyevin rəhbərliyi ilə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurlu icrasının nəticəsidir ki, hazırkı şəraitdə ölkəmizdə bütün sosial proqramlar vaxtında reallaşdırılır, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir".
"Xəbəraz.az "-in məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsinin müzakirəsi zamanı Fondun sədri Elman Mehdiyev öz çıxışında diqqətə çatdırıb.
Dürüstləşdirilmiş büdcə layihəsində Fondun gəlir və xərclərinin 3307,4 mln. manat proqnozlaşdırıldığını qeyd edən E.Mehdiyev bildirib ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 mln. manat və ya 7,4 faiz çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun sədri məlumat verib ki, gəlirlərin gözlənilən artımının 82,8 mln. manatı və ya 36,2 faizi məcburi dövlət sosial sığorta haqları, 146 milyon manatı və ya 63,8 faizi dövlət büdcəsindən ayırmalar (transfert) hesabına təmin ediləcəkdir. «2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3239 mln. manat nəzərdə tutulur, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6 faiz və ya 227,8 mln. manat çoxdur».
E.Mehdiyev onu da bildirib ki, əmək pensiyalarının ödənişi xərcləri 3136,1 mln. manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,3 faiz və ya 212,5 mln. manat artımla proqnozlaşdırılır. Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə bağlı olaraq, bütün növ əmək pensiyalarının baza hissəsinin və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artıma müvafiq qulluq stajına görə əmək pensiyalarına əlavələrin artırılması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınmışdır.
Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artım nəzərdə tutulmuşdur. Müavinətlərin ödənişi xərcləri 102,9 mln. manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17,5 faiz və ya 15,3 mln. manat artımla nəzərdə tutulub.
Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərində 0,9 mln. manat və ya 4,5 faiz artım nəzərdə tutulmuş, bu istiqamət üzrə xərclər 20,1 mln. manat ilkin məbləğə qarşı 21,0 mln. manat həcmində proqnozlaşdırılıb
Xəbəri paylaş
7208 dəfə oxunub.
Digər xəbərlər

5-07-2016, 11:48
Peyğəmbər məscidini partladanın fotosu yayıldı
30-05-2018, 09:19
Azərbaycanda bu xəstəlikdən ölüm halları artıb
24-03-2015, 23:56
Facebook-dan yeni qərar
21-04-2015, 20:10
“Həyacan” siqnalı ilə qaldırılaraq,döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır.
20-04-2018, 19:24
46 qıza təcavüz edən falçı ilə bağlı araşdırma başladı
5-09-2016, 23:42
Kəlbəcər rayonundan olan Sakinlərin problemləri nəzərə alındı- FOTO
28-02-2018, 16:19
Özünə qəbir aldı, 150 min ödədi
29-01-2019, 11:19
Mələkxanım Əyyubovanın əri polkovnik oldu-Foto
19-10-2016, 17:09
Bura Bakıdır: Ana ilə körpəsinin seldən xilas edildiyi anlar - VİDEO