Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rauf Murqədirovun məhkəməsi martın 3-nə qaldı
Tarix: 18-02-2016 | Saat: 16:48
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Rauf Murqədirovun məhkəməsi martın 3-nə qaldı
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Murqədirovun apelyasiya şikayəti üzrə ilkin hazırlıq iclası başlayıb

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Abid Abdinbəyov sədrlik edib. Hazırlıq iclasında vəkil Fuad Ağayevin cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı qaldırdığı vəsatətlər təmin edilməyib. Məhkəmə baxışı martın 3-ə təyin olunub.

Xatırladaq ki, Rauf Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmdən apellyasiya şikayəti verilib, şikayətdə jurnalistə bəraət verilməsi xahiş olunur.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il, aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. R.Mirqədirov Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Ötən il aprelin 19-da saxlanılan R.Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Jurnalistlə bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb. R.Mirqədirov isə ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.



3628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___