Keçmiş müstəntiq yenidən prokurorluğa çağırıldı
Tarix: 13-02-2016 | Saat: 21:29
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Rüşvət almaqda təqsirləndirilərək barəsində ev dustaqlığı tədbiri seçilən Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov bu gün yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb
Xəbəraz.az bildirir ki, bu barədə Trend-ə R.Səfərov özü məlumat verib.
Sabiq müstəntiq bildirib ki, bu gün istintaq hərəkətləri ilə bağlı yenidən dindirilib. Prokurorluqdan ona bildiriblər ki, istintaqın gedişi ilə bağlı o, daha bir neçə dəfə idarəyə çağırıla bilər.
Xatırladaq ki, dünən də adıçəkilən quruma çağırılan R.Səfərovdan istintaq hərəkətləri ilə bağlı açıqlama verməmək haqqında iltizam alınıb.
Qeyd edək ki, Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanmışdı.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə isə onun barəsində həbs qəti imkan tədbiri seçilsə də, sonradan qərar ev dustaqlığı ilə əvəzlənib.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.
pia.az
Xəbəri paylaş
5578 dəfə oxunub.
Digər xəbərlər

28-03-2017, 18:08
"BakuBus" sürücüsü sərnişinin həyatını xilas etdi - VİDEO
11-09-2021, 11:52
Qulağımız az eşitməyib "Allah razı olsun rəis" nə yaxşi ki, siz varsınız sözlərini...
18-03-2015, 21:12
Bakı 2015 Hindistanda da yayımlanacaq
18-02-2023, 13:11
Türkiyə vətəndaşı Kəlbəcərdə faciəvi şəkildə öldü
2-08-2019, 17:13
Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR
12-01-2023, 10:51
“Şitini çıxarıblar” - “Komedixana”dan ayrıldı
14-05-2017, 10:53
Sumqayıtdakı "Şərq bazarı" sökülür - VİDEO
11-03-2022, 12:00
Yeniyetmə qızın zorakılığa məruz qalması ilə bağlı - Rəsmi açıqlama
14-06-2017, 12:14
Gəncədə yol qəzası: yaşlı kişi motosikletin altında qaldı (VİDEO)