Bu ölkədə qadınların bir neçə əri olur – FOTOLAR
Tarix: 01-02-2016 | Saat: 16:10
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Dünyanın əksər yerlərində qadınların monoqamikliyi ilə bağlı fikirlər mövcuddur. Bəzi ölkələrdə kişilərin bir neçə qadınla evlənməsi bu düşüncənin hakim olmasına səbəb olub. Poliqamiya ittifaqları indiyə qədər dünyanın müxtəlif guşələrində mövcuddur. Hindistandakı ən böyük ailə buna misal ola bilər. Həmin ailədə 1 kişinin 39 arvadı və 95 uşağı var.
Lakin Tibet bu məsələdə ziddiyyət təşkil edir. Bu məkanda mövcud olan qədim ənənə qadınların monoqamikliyi haqqında fikirləri alt-üst edir.
Xəbəraz.az xəbər verir ki, burada çoxdan qızların ailənin bütün qardaşlarına ərə getməyi qəbul edilib.
Tibet ailələrində münasibətlər çox qəribədir. Uzun illər mövcud olmuş ənənəyə əsasən, ailədə böyük oğul özünə arvad seçir. Ailənin digər oğlan övladları isə böyük qardaşın aldığı qadının əri sayılırlar.
Bu, müvəffəqiyyət hesab edilir. Hesab edilir ki, qadının çox ərə malik olması ailənin zəngin olması deməkdir.
Qadınlara gəlincə, münasibətlərin belə modeli onları tamamilə qane edir. Burada zərif cinsin nümayəndələri ərlərindən hər birini sınayır. Evdəki bütün kişilər onu öz xarakterləri, işgüzar olmaları ilə bağlı razı salmağa çalışır.
Evdəki kişilərdən hansı daha çalışqandırsa, ailənin xeyirinə işləyirsə, o daha çox şans qazanır. Əgər ər ailənin ümumi mənfəətinin qayğısına qalmırsa, arvad hətta onu evdən qova bilər.
Tibet qızları özlərinin eşq sərgüzəştləriylə fəxr edirlər. Çünki sevgililəri onlara tez-tez xüsusi sikkələr hədiyyə edirlər. Bundan hazırlanan boyunbağı xanımın müvəffəqiyyətinin ölçüsü hesab edilir. Qadının nə qədər daha çox sikkəsi olsa, o qədər qibtə oyadan gəlin sayılır.
Xəbəri paylaş
6788 dəfə oxunub.
Digər xəbərlər

21-11-2022, 08:53
Cəlilabadda 3 yaşlı qız kimyəvi həlledici içdi - vəziyyəti ağırdır
17-04-2019, 17:24
Azərbaycanda 17 yaşlı qız bıçağı götürüb sevdiyi oğlanın evinə getdi və…
27-07-2015, 11:20
Əfqanıstandakı mərasim zamanı başlayana atışmanın səbəbləri bilinmir.
20-06-2015, 12:33
İrəvan küçələrində etiraz çadırları quruldu (FOTO)
23-07-2016, 12:43
Daha iki nəfər suda boğuldu
29-03-2019, 18:46
Ana 15 yaşlı qızını müdiri ilə görüşməyə məcbur etdi Azərbaycanda ŞOK HADİSƏ (VİDEO)
21-11-2022, 09:06
Cəlilabadda itkin düşən qadının öldürüldüyü məlum olub - VİDEO
15-11-2016, 19:48
Bakıda qadınlar birləşib kişini döydülər
12-07-2015, 16:31
Bakının mərkəzi yollarında hərəkət dayanacaq - Diqqət!