Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kadırov bu ölkəni HƏDƏLƏDİ: “Sizi 6 saniyəyə yox edərik”
Tarix: 27-05-2022 | Saat: 12:44
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər

Rusiya ilə Ukrayna arasında müharibə 93 gündür davam edir. Müharibədən öncə Ukraynanı cəmi bir neçə günə tamamilə ələ keçirəcəyini iddia edən Prezident Vladimir Putin proses irəlilədikcə Ukrayna ilə bağlı planlarını dəyişməli olub.

 

Müharibə başlayandan bəri Rusiya və Putinin ən böyük dəstəkçisi olan Çeçenistan lideri Ramzan Kadırov yenidən qalmaqallı açıqlama ilə gündəmə gəlib.

 

Putinin himayəsində olan Kadırov tez-tez Qərbə qarşı tənqid və təhdidləri ilə gündəmə gəlir. Çeçen lider bu dəfə Ukraynaya verdiyi qətiyyətli dəstəyinə cavab olaraq Polşanı hədələyib. Bildirib ki, Rusiya qüvvələri Ukrayna ilə yanaşı, Polşanı da məhv etmək iqtidarındadır.

 

"Biz sizə altı saniyə ərzində nə edə biləcəyimizi göstərəcəyik. Ukrayna məsələsi bitəndə sizə nə edə biləcəyimizi göstərə bilərik. Ukrayna bitmiş sövdələşmədir. Mənim maraq dairəm indi Polşadır. Polşa nəyə nail olmağa çalışır? Ukrayna bitəndə, sifariş olarsa, altı saniyəyə nə edə biləcəyimizi sizə göstərə bilərik”,- deyə Kadırov Polşaya hədələr yağdırıb.

 

Rusiyanın işğalına baxmayaraq, Polşa müttəfiqi Ukraynaya sadiq qalıb və öz qapılarını müharibə səbəbindən ölkəsindən qaçan milyonlarla ukraynalıya açıb. 

 

Qeyd edək ki, Varşava administrasiyası Rusiya qüvvələrinin üç aylıq işğalı zamanı Ukrayna lideri Volodimi Zelenskinin ən güclü müttəfiqlərindən biri olub. Bu səbəbdən Polşa indi Ukraynaya hücuma haqq qazandırmağa çalışan Rusiyanın təbliğat kampaniyasının hədəfinə tuş gəlib. Lakin bütün təhdidlərə rəğmən, Varşava çətin günlər yaşayan Ukraynaya öz dəstəyini əsirgəmir.

 

Ukraynada hərbi cinayətlər törədən Kadırovun döyüşçüləri gözlənilən nəticəni əldə edə bilməyiblər. Güclü müqavimətlə üzləşən çeçen yaraqlılar ağır itkilərə məruz qalıblar. Belə durumda Kadırov dəstəsinin Polşaya hücumu o qədər də real görünmür.




2578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___