Azərbaycan karateçiləri tarix yazdı
Tarix: 09-05-2016 | Saat: 15:03
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Azərbaycan karateçiləri Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatını 3-cü yerdə başa vurublar.
Karate Federasiyasından verilən məlumata görə, 2 qızıl və 1 bürünc medal qazanan milli komandamız mükafatlara sahib ola bilən 21 ölkə arasında yerli fransızlar və ikinci yerdəki ispanlardan başqa avropanın və dünyanın bir çox güclü karate dövlətlərini qabaqlayıb.
4 qat dünya çempionu Rafael Ağayev (-75 kq) 13-cü dəfə Avropa çempionu olmaqla şəxsi rekordunu yeniləyib. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın seçmə komandamız bir-birinin ardınca Portuqaliya, Rusiya, Finlandiya və Türkiyə idmançılarına, final görüşündə isə Xorvatiya kimi yüksək titullu komandalara qalib gələrək qitə birincisi olublar. Bu nəticə həm də karate tariximizdə bir neçə ilklərdən olub.
Daha bir rekorda gənclərdən ibarət seçmə komandanın üzvü Roman Heydərov imza atıb. 17 yaşlı R.Heydərov kata yarışlarında bürünc medal qazanmaqla Dünya Karate Federasiyasının (VKF) statistik göstəricilərinə böyüklər arasında ilk azyaşlı mükafatçı kimi daxil olub.
51-ci Avropa çempionatında 46 ölkədən 437 karateçi mübarizə aparıb. Milli komandamızı oktyabrın axırında Avstriyada dünya çempionatı gözləyir.
4848 dəfə oxunub.
Digər xəbərlər

15-08-2015, 23:33
Türkiyədə atışma: 3 əsgər şəhid oldu
11-01-2022, 13:23
Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq - Belə deyirlər...
7-09-2015, 13:46
Zakir Fərəcov Eldar Əzizovun iki kadrını “vurdu“
31-12-2015, 16:35
Bakıda 160 minə yaxın pirotexniki vasitə aşkarlandı
30-09-2021, 14:06
Məktəbdə valideynlə mühafizəçi arasında niyə dava düşüb? - AÇIQLAMA
2-02-2017, 14:43
Azərbaycanlılarla kürdlər arasında DAVA - Ölən var
13-03-2021, 10:22
Erməni əsilli Maral Nacaryan snayperçi olmayıb -Həqiqət üzə çıxdı
24-07-2017, 10:43
65 yaşlı kişi özünü belə öldürdü - BAKIDA