Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çox yatmağın orqanizmə 7 zərəri - Niyə həmişə yuxunuz gəlir?
Tarix: 26-05-2022 | Saat: 10:21
Bölmə:Karusel / Maraqlı | çapa göndər


Necə ki, yuxusuzluq, az yatmaq sağlamlığa zərərlidir, eləcə də çox yatmaq tibbi problemlər yarada bilir.

Hər bir insanın yaşı, aktivliyi, həyat rejimi və sağlamlığından asılı olaraq yuxu tələbatı var. Stress, depressiya, yaşlılıq zamanı insan yuxuya çox ehtiyac duyur.

15 yaşdan 50 yaşa kimi sağlam insanın yuxu norması 7-8 maksimum 9 saatdır.



Bəs nəyə görə bəzi adamlar yuxudan doymur, gecə gündüz yatır?

Səhhətində problemlər, yuxu pozulması məsələn hipersomniya olanlar gün ərzində yuxulu olur, gündə 10-12 saat yatır.

Onların enerjisi aşağı olur, yaddaş problemi yaranır, yuxu gələndə yatmayanda təşviş və həyəcan keçirirlər.

Qanazlığı olanlarda beyin enerjini qorumaq üçün yuxuya tələbatı artırır.

Yuxuda apnoe - yatarkən insanın qəfildən tənəffüsünün dayanmasıdır.

Belə adamlar da çox yatır.

Eləcə də bəzi dərmanların təsirindən, alkoqoldan insan çox yata bilər.

Alimlər sübut edib ki, az yatmaq və ya əksinə tez-tez və çox yatmaq şəkərli diabet riskini artırır və ya artıq bu xəstəliyin başladığını göstərə bilər.

Piylənmə - çox yatmaq piylənməni artırır. Sutkada 10 saat yatanlarda 21% daha tez-tez piylənmədən əziyyət çəkib.

Baş ağrıları – normadan çox yatanlarda daimi baş ağrıları olur. Bu, beyinin neyromediatorlarının pozulmasıdır.

Kürəkdə, onurğada ağrılar - təbii ki, yatmaq az hərəkətlilikdir.

Depressiya - Depressiyada olanlar digərlərindən 15% daha çox yatır. Bu psixoloji vəziyyəti daha da artırır.

Ürək xəstəlikləri – 71 min qadının analizi göstərib ki, sutkada 10 saat yatan qızlarda ürəyin işemik xəstəliyi artır.

Əgər siz daim yuxulusunuzsa, çox yatırsınızsa, bu yoxlanmaq üçün əsasdır.




1958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___