Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayır. 15 minlik şəxsi heyətin, 300 tankın cəlb olunduğu təlimlər Ali Baş Komandanın təsdiq etdiyi plana əsasən gerçəkləşir.
Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov publika.az-a açıqlamasında budəfəki təlimlərin sıradan bir təlim olmadığını bildirib.
"Birincisi, Azərbaycan Qarabağ torpaqlarının xeyli hissəsini işğaldan azad edib. Bununla əlaqədar yeni tapşırıqlar meydana gəlib. Ordu tərəfindən dövlət sərhəddinin himayəsi həyata keçirilməlidir. İkincisi, yeni texnikalar alınıb. Onlar təlimlərdə tətbiq olunmalıdır. Əsasən pilotsuz uçuş aparatlarının tətbiqi və ordu ilə onların qarşılıqlı əlaqələrinin tətbiq edilməsi vacibdir. Təlim keçirməyəndə bu problemlər açıq qalır. Bu problemlərin açıq qalmaması üçün bir neçə üsullarla təlimlər keçirilir. Yeni üsullar araşdırılır. Bütün bunlar yeni əmələ gələn tapşırıqlardır. Yeni anlayışların tətbiqi üçün həyata keçirilən təlimlərdir".
Ehtiyatda olan general "Qarabağ cəbhəsində anti-terror əməliyyatları keçirilə bilərmi" - sualı ilə bağlı fikirlərini də bölüşüb:
"Sözsüz ki, Qarabağ cəbhəsində hər an anti-terror əməliyyatları ola bilər. Çünki Qarabağ ərazilərində ermənilərin bəzi bölmələri hələ də qalır. Ərazinin tam nəzarətə götürülməsi və Zəngəzur dəhlizinin Azərbaycan tərəfindən nəzarətə götürüb orada kommunikasiyaların açılmasını təmin etmək üçün orada da əməliyyat keçirilə bilər. Əgər onlar kaputilyasiya aktının tələblərini yerinə yetirməsələr, Qarabağ ərazisində də anti-terror əməliyyatlarının keçirilməsi mümkündür".
Qeyd edək ki, mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.
Qarabağda hər an əməliyyat başlaya bilər - General
Tarix: 16-05-2021 | Saat: 21:52
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər
Xəbəri paylaş
4428 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-05-2021 | Saat: 21:52
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
26-10-2015, 20:02
Azərbaycanda kredit götürənlər azalıb
16-07-2015, 11:17
Afina qarışdı - yunanlar sakitləşmirlər - FOTOLAR
23-04-2018, 20:52
ERMƏNİSTAN PREZİDENTİ HÖKUMƏTİN İSTEFASINI QƏBUL EDİB
1-07-2016, 13:56
Əməkdar artist Teymur Əmrahı BİABIR ETDİ: "Mənə dedi ki..."
6-07-2017, 23:29
“Zirə” səfərdə qalib gəldi
3-08-2015, 17:59
Azərbaycanda bəzi kanalların yayımı dayandırılacaq - RƏSMİ
19-10-2016, 01:26
Azad Suriya Ordusu İŞİD-dən geri aldı Dabık kəndini
27-03-2017, 13:22
Müşfiqin heykəli yerinə qoyuldu - Video
18-12-2015, 11:14
Tanınmış müğənni Yeni il gecəsinə 50 kiloqramlıq paltar tikdirir VIDEO
29-10-2022, 18:38
AQTA “Qızıl Tac” şadlıq sarayında yoxlama həyata keçirib-FOTOLAR