Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məcburi köçkünlərə verilən yardımın bir hissəsi kəsilib - Rəsmi qurumlarsa təkzib edir
Tarix: 26-02-2021 | Saat: 16:37
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Qarabağdan xəbər var | çapa göndər

Məcburi köçkünlərə verilən vahid aylıq müavinətin bir hissəsi kəsilib.
"Xeberaz.Az" bildirir ki, Füzulinin Arayatlı kənd sakinlərinin verdiyi məlumata görə, vətəndaşların aldığı puldan 5, hətta 10 manat kəsilib.

Bunu “Yaşat” Fonduna dəstək məqsədilə edildiyi bildirilib.

“İcra nümayəndəliyinin qarşısına toplaşan adamlar narazılıq edir. Elə adam var ki, 10 manat pulunu kəsiblər. Həmin pulu bizə verirlər ki, yaşayışımız düzəlsin. Daha insanların cibinə niyə girirlər?” - kənd sakini deyib.

İqtisadçı Qubad İbadoğlu da “Facebook” profilində məsələ ilə bağlı status yazıb: “36 manat (kommunal xərclərdən güzəşti olmaqla) və 60 manat (kommunal xərcləri ödəməklə) çörək pulu alan məcburi köçkünlərin ödənişləri 5 manat çıxılmaqla verilib. İzahı belədir ki, 5 manat “Yaşat” Fonduna gedib. Bu qədər də ucuzluğuna getmək olmaz. 150 milyard dollar neftdən net qazancı olan, 300 milyard dollar sərmayə cəlb olunan, 1 tunelin tikintisinə 512 milyon dollar xərcləyən ölkənin vətəndaşlarının ən aztəminatlı təbəqələrinə ödənilən çörək pullarından onların razılığı olmadan 5 manat kəsmək rəzalətin son həddidir”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumatın həqiqəti əks etdirmədiyi bildirilib: “Məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “Yaşat” fondu üçün vəsait tutulmayıb. Müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürülür. Müqavilə öhdəliyinə görə, bank tərəfindən yalnız kart hesabına illik xidmət haqqı ödənilməsi nəzərdə tutulub”.

“Yaşat” Fondundan da məlumatı təkzib ediblər. "Yaşat" Fondunun müdir müavini Rəbiyyə Cəfərova deyib: "“YAŞAT” Fondunun mövqeyi ilk gündən budur ki, Fonda ianələr yalnız könüllü şəkildə ola bilər".



Xəbəri paylaş

4128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___