Astarada narkotik alverçisi saxlanıldı - FOTO
Tarix: 25-01-2021 | Saat: 11:10
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Bəxtiyar Quliyev 9 qramdan artıq narkotik vasitə tiryəki satarkən cinayət başında saxlanılıb. Onun üzərindən əlavə olaraq bir büküm heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq B.Quliyevin yaşadığı evə keçirilən baxış zamanı oradan 2 ədəd sellofan bağlamada ümumi çəkisi 4 kiloqram 54 qram tiryək aşkarlanıb.
Qeyd edək ki, B.Quliyevin həmin narkotik vasitəni əldə etdiyi rayon sakini İ.Məmmədov da bir neçə gün əvvəl Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
3038 dəfə oxunub.
Digər xəbərlər

11-06-2017, 11:34
Südlü çayın faydaları. Orqanizmin təmizlənməsi və arıqlama
13-02-2017, 02:37
Alpaqut üzrə 3-cü Respublika Çempionatı keçiriləcək
23-01-2017, 19:48
Röyanın türk müğənni ilə yeni işi - FOTO
29-10-2015, 15:46
Turkish Airlines terror aktından qorxan 18 sərnişini reysdən çıxardı
13-12-2016, 18:44
"Jumeirah" Bakıdan gedir
31-07-2015, 16:46
Ürəyi zəif olanlar baxmasın- qorxunc döymələr
22-08-2018, 11:46
“Şəhid anasını diz çökdürməsi” xəbəri barədə - Manaf Ağayev özü danışdı
8-12-2018, 15:04
DJ Fateh ailə qurdu - FOTOLAR
10-07-2015, 14:28
Mehriban Əliyeva Pakistanda kimsəsiz uşaqlara iftar verdi - Fotolar
22-01-2018, 13:01
Sabah hava necə olacaq?