Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı-İrəvan məxfi danışıqları yayıldı: Uyğunsuzluq nədir?
Tarix: 25-09-2020 | Saat: 12:42
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər



“Haqqin.az” saytı Bakı ilə İrəvan arasında 2018-ci ildə, Nikol Paşinyan hakimiyyətə gələndən az sonra məxfi şəkildə Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar apardığı və N.Paşinyanın adından vəd verildiyi haqda diplomatik mənbələrə istinadla məlumat yayıb. 
"Xeberaz.Az"  xəbər verir ki, saytın yaydığı məlumat sensasiya sayıla bilər və əslində, Paşinyan hakimiyyətinin mahiyyətini ifadə edir. Ancaq məlumatda müəyyən uyğunsuzluq da var.
Əvvəlcə, məlumatın özünə diqqət edək:
Sayt iddia edib ki, Bakı ilə İrəvan arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı ikinci tərəfin təşəbbüsü ilə başlayan məxfi danışıqlar 2018-ci ilin iyul-avqust aylarında start götürüb. Belə ki, Nikol Paşinyanın o zamankı baş müşaviri, eləcə də onun Vətəndaş Müqaviləsi Partiyasının üzvü Arsen Xaratyan Azərbaycan hakimiyyətinin nümayəndələri ilə əlaqə yaradaraq, danışıqlara başlamağı təklif edib. Bundan az sonra işin effektivliyinin təmini üçün Xaratyan Baş nazirin müşaviri postundan istefaya gedərək, Tiflisdə məskunlaşıb və Soros Fondu tərəfindən maliyyələşən QHT-nin rəhbəri kimi fəaliyyət göstərib.
Tərəflər arasında ilk görüş Avropa ölkələrindən birinin ərazisində baş tutub. Görüşün Avropada baş tutmasının səbəbi Rusiya xüsusi xidmət orqanlarının Tiflisdə aktiv fəaliyyəti olub. Xaratyan görüş zamanı Paşinyanın konfliktin həlli üçün ciddi kompromislərə getməyə və mərhələli həll planını əsas götürməyə hazır olduğunu bəyan edib. Paşinyanın nümayəndəsi, həmçinin Ermənistanın Qarabağ ətrafında əvvəlcə üç, daha sonra isə iki rayon boşaltmağa, digər iki rayonla bağlı məsələyə bundan sonra baxmağa hazır olduğunu da deyib. Üstəlik, görüşdə Rusiyanın vasitəçilikdən uzaqlaşdırılması və gələcəkdə görüşlərin birbaşa Qərbin vasitəçiliyi ilə keçirilməsi təklif edilib ki, bu da Azərbaycan tərəfindən müəyyən şübhələr yaradıb.
Bu görüşdən sonra Paşinyanla gələcək addımların müəyyənləşdirilməsi üçün İrəvana dönən Xaratyan danışıqlarda birbaşa təmsilçi olmaq barədə Nikoldan mandat alıb. Daha sonra Avropada tərəflər arasında ikinci görüş olub. Görüş zamanı Xaratyan Paşinyanın KTMT baş katibi Yuri Xaçaturov barədə cinayət işi qaldıracağını və onu həbs edəcəyini açıqlayıb. Buna səbəb kimi Xaçaturovun Sərkisyan və Köçəryandan sonra yeni hökumətə əsas təhdid olması göstərilib. O, Nikolun ölkədə nəzarəti bərpa etməsi üçün Azərbaycandan vaxt istəyib və bu problemlərin həllindən sonra İrəvanın hərtərəfli danışıqlara başlayacağı vədini verib.
Növbəti görüş zamanı isə Xaratyan Xaçaturovun həbsinin Kremli qəzəbləndirdiyini, eləcə də gizli görüş barədə Moskvaya məlumat sızdırıldığını söyləyib. Fakt kimi Rusiya kəşfiyyatının Paşinyanla Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın telefon danışığını mediaya ötürdüyünü göstərib. Bununla belə danışıqlar barədə məlumatın onu əvvəlcədən bilən Zöhrab Mnatsakanyan və David Tonayan tərəfindən sızdırıla biləcəyi ehtimalı da Xaratyan tərəfindən səsləndirilib.
Yazı müəllifi Azərbaycan tərəfindən danışıqlarda iştirak edən şəxsin adının bəlli olduğunu və lazım gələrsə, bunu açıqlaya biləcəyini də qeyd edib.
Sensasion təfərrüata zəruri qeyd
Azərbaycan Ermənistanda başlayan etirazlar fonunda və Paşinyan hakimiyyətə gələndən sonra gözləmə mövqeyini tutmasının əsas siyasi səbəblərini artıq elan edib və bu səbəblər kifayət qədər məntiqlidir.
Birincisi, həmin ərəfədə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də daxil olmaqla, Avropa və Qərb, hətta Rusiya da Azərbaycana “elçi düşərək”, Qarabağda hərbi əməliyyatları başlamamaq çağırışı edir, hər hansı hərbi müdaxilənin Ermənistandakı daxili siyasətə ciddi təsir edəcəyini açıqlayırdılar.
Nəzərə alsaq ki, həmin ərəfədə - xüsusilə Aprel savaşından sonra Ermənistanla danışıqlarda irəliləyiş əldə edilmişdi, sülh prosesinə daim sadiq qalan Azərbaycanın bu çağırışlara adekvat reaksiya verməsi olduqca vacib idi. Əks halda Azərbaycan mövqeyi dünyada qəbul edilməz və fərqli istiqamətdə təzyiqlər başlaya bilərdi.
İkincisi, Ermənistanda uzun müddətdən sonra ilk dəfə əli azərbaycanlıların qanına batan xunta rejiminin devrilməsi imkanı yaranmışdı. Rəsmi Bakı Ermənistana uzun müddətdir ağalıq edən və ermənilərin özünü də talayan talayan “Qarabağ klanı”nın qurduğu xunta rejiminin dəyişməsi prosesinə mane ola bilməzdi. Çünki xırda hərbi hərəkətlənmə Serj Sərkisyan xuntasının ömrünü uzatmağa xidmət edərdi.
Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman verdiyi açıqlamalarda məhz bu faktı təsdiq edərək, Ermənistanda Sərkisyan və Köçəryan dövrünü hərbi xunta dövrü adlandırmış, Paşinyan hakimiyyətinə sələflərinin buraxdığı yanlışlara yol verməməsi üçün çağırış etmişdi.
Yazıda dərc olunan digər faktlara gəlincə: kifayət qədər mühüm və etibarlı sayıla biləcək məqamlarla bərabər, məqalədə bir sıra statistik yanlışlıqlar da gözə dəyir. Məsələ orasındadır ki, Paşinyanın müşaviri olan Arsen Xaratyan 2018-ci ilin avqustun son on günlüyündə istefaya gedib. O zaman Ermənistanın müxalifət qəzetləri bu məsələni Rusiyanın Ermənistana təzyiqi və Xaratyanın Xaçaturov işində yol verdiyi səhvlərlə əlaqələndiriblər.
Digər məqam isə Xaçaturova qarşı cinayət işinin Xaratyanın istefasından ay yarım öncə açılması və iyulun sonlarında onun 10 min dollar girov qarşılığında şərti azadlığa buraxılmasıdır. Başqa sözlə, Xaratyan istefa verəndə və Tiflisə köçəndə artıq “Xaçaturov olayı” nəinki başlamış, hətta birinci mərhələsi başa çatmışdı.
Məxfi danışıqların mümkünlüyünü gücləndirən arqument isə Prezident İlham Əliyevlə Nikol Paşinyanın Düşənbədəki görüşü və həmin ərəfədə erməni baş nazirin təklifidir ki, bu barədə artıq Azərbaycan Prezidenti ölkə ictimaiyyətinə məlumat verib. Burda da Azərbaycanın rəsmi İrəvana inanmasından deyil, Nikol Paşinyanın danışıqları təzələmək istəyi və həmsədrlərin iştirakı ilə irəli sürdüyü təkliflərdən söhbət gedə bilər.
Beləliklə, Azərbaycanın mövqeyi hər zaman açıq və şəffaf olub və Prezident İlham Əliyev bunu xalqa elan edib: beynəlxalq şəraitin imkan verdiyi ilk fürsətdəcə Azərbaycan öz torpaqlarını geri alacaq. O şərait yetişənə qədər isə Ordumuzun güclənməsi və xalqımızın buna hazır olması istiqamətində görülən böyük işlər göz qabağındadır.



978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___