Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İnsanlar qış yuxusuna yatacaq - YENİ TEXNOLOGİYA
Tarix: 09-06-2023 | Saat: 12:07
Bölmə:Karusel / Maraqlı | çapa göndər



İnsanları qış yuxusuna apara bilən yeni ultrasəs texnologiyası hazırlanıb.

Qış yuxusunda məməlilər maddələr mübadiləsini boğur, bədən istiliyini aşağı salır və digər prosesləri ləngidirlər. Yeni sistemi inkişaf etdirən tədqiqatçılar, ultrasəs impulslarını heyvanların başlarına yönəltdikdən sonra siçanlar və siçovullarda bu uyuşuqluğu uğurla oyada biliblər.


Tədqiqatçılar bu sistemin insanlarda da işləyə biləcəyini və uzun məsafəli kosmik uçuşlarda və ya tibdə mühüm tətbiqlərə malik ola biləcəyini düşünürlər. Onların fikrincə, kəskin fövqəladə hallar və ya ciddi xəstəlik hallarında bu sistemdən istifadə edilə bilər.

Məsələn, avtomobil qəzası keçirmiş birisi orqanları transplantasiya üçün istifadə olunana qədər soyuducuda saxlanıla bilər. Kosmosda uzun səyahətlər üçün də faydalı ola biləcək bu sistem Marsa və ya digər uzaq yerlərə səyahət edənlərin həyatda qalması üçün lazım olan resursları azalda bilər.

Bəzi heyvanlar qış yuxusuna gedərkən bəzi prosesləri məhdudlaşdırırlar. Bu o deməkdir ki, onlar daha az enerji sərf edirlər, lakin bədənlərinə zərər vermədən normal həyatlarına qayıdırlar.

İnsanlar indiyə qədər bunu edə bilməyib. Amma bacarsalar, inanılmaz dərəcədə faydalı ola bilər.

Alimlər müəyyən ediblər ki, ultrasəs impulslarının təxminən 10 saniyə ərzində siçovulların başına yönəldilməsi yuxululuqla eyni şərtlərə səbəb olur, nəticədə ürək döyüntülərinin yavaşlaması, bədən istiliyinin azalması və maddələr mübadiləsinin yavaşlaması baş verir.

Həmçinin, bu bədən istiliyini ölçməklə, tədqiqatçılar siçan normal vəziyyətinə qayıdan zaman bu impulsların daha çoxunu göndərə bilən xüsusi bir sistem qurublar. Amma tətbiq edilməsi üçün bir müddət də araşdırmalara ehtiyac var.

Tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib.

 

 




Xəbəri paylaş

3188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___