Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident və xanımından Aydına təbrik
Tarix: 13-10-2019 | Saat: 12:23
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Təbriklər | çapa göndər

Prezident və xanımından Aydına təbrik

Prezident və xanımından Aydına təbrik
Prezident İlham Əliyev Hindistanın Mumbay şəhərində 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə keçirilən dünya çempionatında qalib olan Aydın Süleymanlını təbrik edib. 
Təbrikdə deyilir:
"Əziz Aydın,
Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.
Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.
Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".
Birinci vitse-prezident Mehriban Əliyeva da sosial şəbəkə vasitəsilə Aydın Süleymanlıya təbriklərini çatdırıb. 
“Qafqazinfo” bildirir ki, Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində edilən paylaşımda deyilir:
“Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər. Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!”


Xəbəri paylaş

7718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___