Prezident xanım naziri qəbul etdi - FOTO
Tarix: 17-09-2019 | Saat: 13:44
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanı qəbul edib.
"Xeberaz.Az" xəbər verir ki, Natiya Turnava Gürcüstanın Baş Naziri Georgi Qaxarianın salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olundu.
Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi hesabına ticarət dövriyyəsinin genişləndirilməsi, tranzit yükdaşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə edilməsi məsələləri müzakirə edildi, energetika, sərmayə qoyuluşu, elektroenergetika, turizm sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Baş Nazir Georgi Qaxarianın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş Nazirinə çatdırmağı xahiş etdi.
Xəbəri paylaş
5368 dəfə oxunub.
Digər xəbərlər

21-03-2019, 20:36
Kamil Zeynallı azadlığa çıxdı
26-03-2016, 19:52
Merkellə selfi çəkdirən oğlan Brüssel terrorçusudur? - Foto
28-08-2015, 20:38
Mingəçevirdə xəstənin qardaşı həkimi döydü
3-09-2016, 20:11
Həzrət Mühəmməd Peyğəmbərin (s) ən böyük möcüzəsi hansıdır?
9-08-2015, 14:42
Bu da Bəyazın yeni sevgilisi - FOTOLAR
20-08-2018, 16:28
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri iki gün işləməyəcək
3-03-2016, 19:53
Türkiyədə ona “Azərbaycanın bülbülü” dedilər - FOTO
7-12-2015, 01:37
Könül Kərimova Rusiyadakı konsertini təxirə saldı