Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mingəçevirdə xəstənin qardaşı həkimi döydü
Tarix: 28-08-2015 | Saat: 20:38
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Mingəçevirdə xəstənin qardaşı həkimi döydü
Mərhumun qardaşı həkimi xəstənin ölümündə onu günahlandırıb.

Mingəçevir şəhərində vəfat edən insanın qardaşı həkimə hücum edərək ona ağır bədən xəsarətləri yetirib.

Xəbəraz.az -ın APA-ya istinadən xəbərinə görə, Mingəçevir şəhər sakini, 1968-ci il təvəllüdlü İlyasov Bilal İlyas oğlunun vəziyyəti ürək xəstəliyi ilə əlaqədar qəflətən pisləşdiyi üçün onun yaxınları Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimini evə dəvət ediblər. Həkim xəstəyə ilkin tibbi yardım göstərsə də, xəstə dünyasını dəyişib.

Mərhumun qardaşı Fəxrəddin İlyasov həkim Mikayıl Əliyevə hücum edərək xəstənin ölümündə onu günahlandırıb, həkimin baş və bədən nahiyəsinə yumruq zərbələri endirib. Həkim əsasən gözündən ağır xəsarət alıb.

Mərkəzi şəhər Xəstəxanasında tibbi yardım alan həkim hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

6638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___