Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həkim dedi ki, balanın 5 ay ömrü qalıb" - Zöhrə Abdullayeva (VİDEO)
Tarix: 17-09-2019 | Saat: 13:12
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Şou-Biznes / M2 / Məşhurların Taleyi | çapa göndər

"Həkim dedi ki, balanın 5 ay ömrü qalıb"- Zöhrə Abdullayeva (VİDEO)
"Oğlumun hüzuruna 2 min adam gəlmişdi. Bütün sənət dostlarım gəldi. Məni 40 gün yaşadan sənət dostlarımın yanıma gəlməsi idi. Bilməzdim ki, bu qədər hörmətim var".
"Xeberaz.Az" xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva "Bizimləsən" verilişində deyib. Oğlu dünyasını dəyişdikdən sonra ilk dəfə efirə çıxan müğənni oxumaq istəmədiyini söyləyib.
Həmkarlarının təkidinə baxmayaraq, Abdullayeva oxumayacağını söyləyib:
"İctimai qınaqdan qorxmuram, nə deyəcəklər? Sadəcə, oxumaq içimdən gəlmir. Gəlin də deyir oxu, boynuma alım ki, çökmüşəm. Evdəkilər də mənə heç nə demir. Balam fəxr edirdi mənimlə. Oxumaq da istəmirəm. Övladları məni ovundurur, nazımı çəkir. Amma özünü istəyirəm, balamı istəyirəm (ağlayır).
Ondan sonra bütün ruhum ölüb. Sadəcə, nəfəs alıram. Qabaqkı kimi iştahla yeyim, nəsə istəyim, yoxdur. Susuyanda su içirəm. Zorla mənə yemək yedizdirirlər. Buna yaşamaq demək olarsa, cismən varam.
Son dəfə oğlum üçün oxumuşam. Son lay-lamı balama ifa etmişəm. Bundan 10 saat sonra o, dünyasını dəyişdi. Həkim dedi ki, balanın 5 ay ömrü qalıb. Çox ağır dərtdi, ana necə dözsün? Mən bu boyda dərdə necə dözürəm? Mən daşam, betonam? İnsan necə möhkəm imiş. Fələk məni nokauta saldı. Düzdür, silinməmişəm.
Hər gün Allaha yalvarıram ki, nə olar oğlumu yuxuma gətir. Yuxusuna da həsrətəm. Yuxuma da gəlmir. Çox ağırdır. Çəkiləsi dərd deyil".
Z.Abdullayeva studiyadakıların təkidi ilə canlı ifa edib.



2118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___