Mingəçevirdə avtoxuliqan həbs olundu - Foto
Tarix: 19-07-2019 | Saat: 13:31
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər
Mingəçevirdə “VAZ 2107” markalı 90-OF-116 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə avtomobildə olan konstruksiya dəyişikliyi ilə əlaqədar olaraq yol polisi əməkdaşları tərəfindən “saxla” əmri verilib.
“Xəbəraz Az” xəbər verir ki, sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq sürücü ictimai qaydanı və digər hərəkət iştirakçılarının da təhlükəsizliyini, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib. DYPB-nin əməkdaşları bir müddət sonra həmin avtomobili saxlamağa nail olublar. Sürücünün Mingəçevir şəhər sakini Murad Babayev olduğu müəyyən olunub. Eyni zamanda avtomobilin üzərində ödənmədiyi cəriməyə görə həbs olduğu da aşkar edilib.
Sürücü M. Babayev İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək toplanmış material Mingəçevir Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 sutka inzibati qaydada həbs olunub və 1il müddətinə sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, M. Babayev əvvəllər də yol hərəkəti qaydalarını pozduğuna, avtoxuliqanlıq hərəkətləri etdiyinə görə yol polisi əməkdaşları tərəfindən barəsində dəfələrlə inzibati qaydada tədbirlər görülüb.
Xəbəri paylaş
4598 dəfə oxunub.
Digər xəbərlər

9-03-2021, 12:47
Naxçıvanda daha bir sabiq nazir həbs edildi
11-04-2015, 01:17
FHN Bakıda baş vermiş dəhşətli yanğınla bağlı məlumat yayıb
8-09-2017, 10:48
Bakıda dəhşətli TIXAC: İnsanlar küçədə qalıb - VİDEO
13-10-2017, 10:45
“Maşın”da “RADAR”A düşənlər: “Sənin kimi SƏVİYYƏSİZLƏ...”
24-09-2015, 11:32
Azərbaycanda Qurban bayramı qeyd olunur
1-04-2017, 21:35
Aqil Acalov:" Əxlaq yoxsulu insanlar Öpüş flaşmobu keçirərək şəhidlərimizin ruhuna hörmətsizlik edirlər"
12-09-2016, 22:04
Lənkəranda üç uşaq anası özünü çaya atdı
24-11-2017, 09:30
Gələn il Azərbaycanda minik avtomobilləri bahalaşacaq - RÜSUMLAR ARTIR
10-06-2017, 19:25
Sumqayıtda uşaqlar arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
21-04-2022, 11:59
"Hücumu qadağan edirəm, elə edin ki, milçək də uçmasın" - Putin