Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
FHN Bakıda baş vermiş dəhşətli yanğınla bağlı məlumat yayıb
Tarix: 11-04-2015 | Saat: 01:17
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

FHN Bakıda baş vermiş dəhşətli yanğınla bağlı məlumat yayıb
Yanğın zamanı 140 nəfər bina sakini təxliyyə olunub.

Fövqəladə Hallar Nazirliyi Bakıda doqquz mərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Xeberaz.az -ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda doqquz mərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində binanın divar üzlüyü, ayrı-ayrı vətəndaşlara məxsus mənzillərin və eyvanların yanar konstruksiyaları ümumilikdə 2149 kv.m sahədə yanıb. Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbəri paylaş

6218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___