"Heç övlad atasız qalmasın yalqız, atadır övladın ümidi yalnız" - Jurnalistdən şəhid atası ilə bağlı təsirli sözlər
Tarix: 16-06-2019 | Saat: 18:31
Bölmə:Karusel / Gündəm / Şou-Biznes / M2 / Müsahibə | çapa göndər
Jurnalist Zaur Məmmədov (Əhməd) "Atalar Günü" ilə bağlı təsirli paylaşım edib.
"Xəbəraz.Az" xəbər verir ki, jurnalist Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan atası Əhməd Teymur oğlu Məmmədov haqqında ürək sözlərini qələmə alıb:
"Bu gün Atalar günüdür. Atalar... Mən, ata sözünü çox deyə bilən uşaqlardan deyiləm. 10 il atalı olmuşam. Sonrası boşluq, kimsəsizlik, arxasızlıq...
Cabir Abdullayevin oxuduğu bir ata muğamı var. "Heç övlad atasız qalmasın yalqız, atadır övladın ümidi yalnız" misrası ilə başlayır. Ağır sözləri var o muğamın. Yanımda kimsə olanda o muğamı eşidəndə nifrət edirəm hər şeyə. Çox kövrəlirəm, göz yaşım sel kimi gəlmək istəyir, amma özümü sıxıram.
Ata mənə göz yaşı deməkdi, halbuki ata göz yaşı silən olar. Gözümdən yaş gələndə atasız olduğumu hiss edirəm. Odur ki, ağlamıram, göz yaşından zəhləm gedir ki, atasızlığımı xatırladır mənə.
Ata... Bu sözü illər boyu deyən dostların əhatəsində olmaq çox ağırdır. Hər o sözü eşidəndə köksünü ötürürsən. Amma qürurum, içimdəki əyilməzlik, bir az da dikbaşlığım imkan vermir , özümə qarşı mərhəmətə allergiyası olan birisi olduğum üçün kimsə köks ötürdüyümü görməyib, görə də bilməz...
Ata... Hər evə, hər uşağa lazımdır, nə uşaq, elə böyüyə də lazımdır. Yaxşı bəs mən niyə uşaqlığımda arxasız, dayaqsız, ATAsız qaldım? Axı mən atasız qalmaya da bilərdim.
Bəli, 25 ildir ki, atasızam, amma ATAM 25 il əvvəl seçdiyi yolla əsas borcunu ödəmiş oldu. Övladlıq borcunu... Vətənə ovladlıq borcunu ödədi. Bizə atalıq borcu qaldı, amma...
Amma illər ötdü. Atalıq borcu böyüdü, böyüdü, böyük bir dağ oldu. Bir də ayıldım ki, bir də anladım ki, sən demə, o böyüyən atamdan qalan borc deyilmiş. Sən demə, atam nəinki bizə borcludur, hamımızı özünə borclu qoyub, xəbərimiz yox. Elə bil zirvəyə ucalıb ki, kölgəsi bizə yetər. İndi mən atasının kölgəsində gəzən oğullardanam. Ata, nə yaxşı ki, o zirvəyə qalxmısan. Atasız illər ağır olsa da, zirvədən üstümüzə saldığın kölgənin əzəməti hər şeyi unutdurur.
Atalar günün mübarək, Ey Şanlı şəhidim, ey BÖYÜK KIŞI...
Xəbəri paylaş
9398 dəfə oxunub.
Digər xəbərlər

6-12-2015, 23:17
“Oğlan evi”nin 10 üstünlüyü
22-08-2017, 12:59
“Oğlumuzun 2 məzarı var, bir ayağını Lələtəpədə basdırdılar” - Aprel şəhidinin HEKAYƏTİ
2-09-2022, 13:31
Bakı Tikiş Evi: "Bütün ölçülər üçün forma olmayacaq" - VİDEO
21-01-2023, 12:12
Bazar günü hava necə olacaq?
2-05-2016, 23:21
1 min kv.m ərazi minadan təmizləndi
30-11-2018, 10:52
Zülfiyyə XƏRÇƏNGƏ QALİB GƏLDİ
30-04-2016, 14:04
May ayında əfv sərəncamı gözlənilmir
19-06-2015, 14:11
Pradyuserin qapali mehkemesi
19-05-2016, 16:18
Hərbi Akademiyada elmi konfrans keçirildi
7-10-2021, 11:36
Havanın pis keçməsinin səbəbi AÇIQLANDI