Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İqtisadçı ekspert uşaq pulu ilə bağlı təklif verdi
Tarix: 15-05-2019, 11:25 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Üçüncü uşağa görə 100 manat, dördüncü uşağa görə 130, beşinci uşağa görə 150 manat...
Azərbaycanda sosial müdafiə mexanizmlərindən biri kimi uşaq pulunun verilməsi uzun müddətdir  müzakirə olunur. Zaman-zaman hökumətdən  bu məsələnin müzakirə edildiyinə dair informasiyalar gəlsə də, sonradan təkzib olundu. Lakin cəmiyyətdə buna dair gözləntilər artmaqdadır. Xüsusən aztəminatlı və çoxuşaqlı ailələr uşaqlarının müəyyən xərclərini, gündəlik tələbatlarını, tibbi xidmət və təhsillə bağlı  ehtiyaclarını qarşılamaqda çətinlik çəkirlər.
Bəs ekspertlər necə hesab edir, uşaq  pulunun hansı kateqoriya üzrə, nə qədər verilməsi arzuolunandır? Bunu zərurətə çevirən amillər hansılardır? Niyə ünvanlı sosial yardım uşaq pulunu əvəzləyə bilmədi?
“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanda sosial müdafiə mexanizmlərinin şaxələndirilməsinə ehtiyac var: “Onlardan biri də uşaq pulu sisteminin tətbiqi ilə bağlıdır. Hazırki statistik məlumatlara görə, ölkə üzrə təxminən 190 min nəfər uşaq hansısa formada müavinətlər alır. Burada məbləğ 50 manatdan 13 manat 70 qəpiyə qədər dəyişə bilir. Çünki çoxuşaqlı ailələrə və ya valideynini itirmiş uşağa görə verilən müavinətlərin həcmi kifayət qədər aşağıdır. Burada adambaşına düşən müavinətin həcmi 13 manata qədər dəyişirsə, yeni artımdan sonra 5 və daha artıq uşağı olan ailələr üçün hər uşağa görə 50 manat müavinətin verilməsi nəzərdə tutulub. Ümumilikdə isə dövlət 2017-ci ildə bu məqsədlə cəmi 70 milyon manat pul xərcləyib. Yeni təklif olunan,  ictimaiyyətdə müzakirə olunan mexanizm isə daha genişmiqyaslı, universal hesab olunur. Əvvəlki qaydalara görə, bu müavinət, sadəcə, valideynini itirən uşaqlara, 5 və daha artıq olan uşaqlara, 18 yaşına çatmamış, fiziki məhdudiyyəti olan uşaqlara verilirdi. Hökumət 2006-cı ildən etibarən ünvanlı sosial yardım mexanizminin tətbiqinə başladı. Bu gün gətirilən əsas arqumentlərdən biri ondan ibarətdir ki, ailələrdə gəlir bölgüsünə, gəlirin həcminə uyğun olaraq dövlətin ünvanlı sosial yardım proqramı var. Bu, uşaqları da  əhatə edir. Çünki ünvanlı sosial yardımın hesablanması zamanı ailənin hər bir fərdi, o cümlədən uşaqlar da nəzərə alınır. Ehtiyac meyarına düşən məbləğ dövlət büdcəsi tərəfindən sosial yardım proqramı çərçivəsində kompensasiya olunur. Mən isə hesab edirəm ki, bu mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var”.
RÉÅad HÉsÉnov ile ilgili görsel sonucu
Ekspertin sözlərinə görə, Azərbaycanda sosial müdafiə və demoqrafiya siyasətinin uzlaşdırılmasına ehtiyac var: “Buna görə də hansısa formada çoxuşaqlı ailələrin və nəsil artımının təşviq edilməsi mexanizmlərinin ortaya qoyulması məqsədəuyğun olar. Məsələn, biruşaqlı ailələrdə hökumət uşağa görə 50 manat ödəniş edirsə, ikinci uşağa görə ödənilən məbləğ bundan artıq olmalıdır, məsələn, 80 manat ödəniş edilə bilər. Üçüncü uşağa görə 100 manat, dördüncü uşağa görə 130, beşinci uşağa görə 150 manat. Avropada bu diferensial yanaşma tətbiq edilir. Bu bir təklifdir və müzakirəyə açıqdır. Hər hansı mexanizm hazırlanırsa onun büdcəsi də hesablanmalıdır. Düşünmürəm ki, hökumət hazırda bu istiqamətdə iş aparır. Hökumət əsasən 3 yaşa qədər uşaqların müdafiəsi ilə bağlı müəyyən fəaliyyət həyata keçirməyi nəzərdə tutur”. 
R.Həsənov hesab edir ki, uşaq pulu məsələsi  Azərbaycan ailəsi üçün kifayət qədər əhəmiyyətli məqamlardan biridir:“Vətəndaşların bu mövzuya reaksiyası da göstərdi ki,  insanların gözləntiləri var. Çünki Azərbaycanda əhalinin bir qismi faktiki olaraq ailə gəlirlərini müasir tələblərə uyğun şəkildə təmin edə bilmirlər. Bunun da real və ciddi səbəbləri var. Bu səbəblərin aradan qaldırılması daha mürəkkəb bir məsələdir, nəinki birbaşa olaraq uşaq pulunun bərpa edilməsi. Azərbaycandan qat-qat aşağı maliyyə imkanlarına malik olan ölkələrin böyük əksəriyyətində uşaq pulu mexanizmi qalmaqdadır. Çünki bu bir təşəbbüsdür, gənc ailələrin dəstəklənməsi istiqamətində dövlətin mövqeyidir. Hətta Azərbaycanda 1992-ci ildə uşaq pulunun ödənilməsi ilə bağlı belə bir qanun qəbul edilmişdi. Müstəqilliyin ilk illərindən Azərbaycanda bu sahəyə diqqət ayrılıb. Ancaq son illər nədənsə, bu məsələ unuduldu”.
R.Həsənovun sözlərinə görə, Azərbaycanda təbii artım sürətini aşağıdır: “Bəzi qurumlar bunu  normal adlandırsalar da, belə deyil. Artıq Azərbaycanda geniş ailə modelindən kiçik ailə modelinə keçid prosesi tamamlanıb. Yeni ailələrdə 3 və daha artıq uşağın olmasına çox az təsadüf edilir. Mövcud qanunvericiliyə görə, Azərbaycanda 5-dən artıq uşağı olan ailələr çoxuşaqlı hesab edilir. Dövrün tələbinə görə, bu göstəricinin 3-ə endirilməsinə ehtiyac var ki, 3-dən artıq uşağı  olan çoxuşaqlı ailələr mövcud müavinət mexanizmindən yararlana bilsinlər. Diferensial formada uşaq pulunun Azərbaycanda bərpa edilməsinin, demoqrafik və sosial müdafiə siyasətinin uzlaşdırılmasının, bu mexanizmlərin hər iki məqam nəzərə alınmaqla tətbiq edilməsinin tərəfdarıyam. Çünki ünvanlı sosial yardım sisteminin ciddi çətinlikləri və çatışmazlıqları var. Son illərdə bu xidmətdən istifadə edən ailələrin sayı kəskin azalıb. Bu gün vəziyyət getdikcə çətinləşir, əhalinin gəlirləri dəyərsizləşir, iqtisadiyyatın yükü artır, ehtiyac meyarının səviyyəsi əhəmiyyətli şəkildə artırılıb, ancaq bununla belə, istifadə edənlərin sayı ciddi şəkildə azalıb. Burada fərqli məqamlar  var. Əgər dövlət qurumları bunu prosesin şəffaflaşdırılması ilə əlaqələndirirlərsə, bu real deyil. Burada elə müayinələr var ki, çoxuşaqlı ailələr belə onu aşa bilmirlər. Adına torpaq sahəsi varsa, adında maşın varsa, normadan artıq kommunal xidmətdən yararlanırsa, o zaman ünvanlı sosial yardımdan faydalana bilməz. Burada maneələr var. Ona görə də ünvanlı sosial yardım kimi mexanizmlər birbaşa uşaq pulunun verilməsini əvəzləyə bilməz”.

1038 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___