Görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş, xüsusi səs siqnalları ilə təchiz edilmiş işıqforlar Bakının əksər küçə və prospektlərində, əsasən, həmin insanların üz tutduğu sosial obyektlərin yerləşdiyi küçələrdə olacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayevməlumat verib.
"Hazırda Bakıda görmə imkanları məhdud olan insanların çoxu Nərimanov rayonu ərazisində - Ağa Nematulla küçəsində və o küçəyə paralel digər küçələrdə yaşayırlar. Eyni zamanda metronun "Gənclik" stansiyasına yaxın ərazilərdə, Koroğlu Rəhimov küçəsinin Fətəli Xan Xoyski küçəsi ilə kəsişməsində görmə imkanları məhdud olanlar üçün təhsil müəssəsi yerləşir. İşıqforlar quraşdırılarkən bu cür yerlərə daha çox üstünlük veriləcək", - deyə o qeyd edib.
Bundan başqa, BNA rəsmisi qeyd edib ki, işıqforların quraşdırılmasına bu ildən başlanılacaq və növbəti illərdə də bu işlər davam etdiriləcək.
Yeni işıqforlar Bakının hansı ərazilərində quraşdırılacaq? - BNA açıqladı
Tarix: 16-02-2019 | Saat: 13:39
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
4868 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-02-2019 | Saat: 13:39
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
29-08-2017, 16:36
Lənkəranda DƏHŞƏT: özünü qatarın altına atdı, bir ayağını itirdi
14-07-2017, 12:15
TOVUZ: Qız sevdiyi oğlana görə özünü bu binadan atıb - FOTOLAR
8-12-2017, 13:18
Nazir işsizliyin səbəblərindən danışdı
9-11-2017, 11:05
Siyavuş Novruzov: “Cenifer Lopesə dövlət büdcəsindən maaş verirlər? Şakira məktəb, bağça tikdirir” - MÜSAHİBƏ
27-12-2018, 10:40
Fədayə Laçın apellyasiya şikayəti verəcək
16-04-2016, 23:23
XİN: Ermənistan sivil dünyadan kənardır
5-09-2016, 20:24
Qarabağı qaytarın, yoxsa... – ermənilərin ikinci aprel qorxusu
22-03-2017, 22:40
Qəssabdan bayramda nümunəvi addım: Əti hər kəs ala bilsin deyə 9 manata satır - VİDEO