Ən varlı narkobaronun əkizlərinin ad günündən FOTOlar
Tarix: 19-09-2018 | Saat: 17:12
Bölmə:Karusel / Gündəm / Maraqlı / Fotogalereya | çapa göndər
Dünyanın ən təhlükəli v ən zəngin narkobaronu sayılan "El Çapo"nun əkiz qızlarının ad günü olub. Ad günü Meksikanın paytaxtı Mexikodakı restoranlardan birində təntənə ilə qeyd olunub.
"Xəbəraz.az " El Mundo-ya istinadən bildirir ki, 61 yaşlı Xoakin Arçivaldo Qusman Loera "Ankar" klanının rəhbəri, "Sinaloa" narkokartelinin banisi və lideridir.
O, "El Çapo" ("Tösmərək") ləqəbi ilə tanınır.
Milyardlarla dollarlıq varidatı olan El Çapo hazırda ABŞ-da həbsdədir.
Onun xanımı, "Miss Meksika" gözəllik müsabiqəsinin qalibi olmuş model Emma Koronel əkiz qızlarının ad günü üçün təxminən 120 min dollar xərcləyib.
Emali və Mariyanın ad günlərindən fotoları İnstagram-dakı profilində paylaşan Koronel "Şahzadələrimin 7 yaşı tamam oldu!" yazıb.
Ad günü üçün qapadılmış restoran Barbi stilində bəzədilmişdi.
ABŞ-da doğulmuş Mariya və Emali anaları ilə birlikdə Meksikada, "El Çapo"nun doğma Sinaloa ştatında yaşayırlar.
Ad günündə əkizlərin ata nənəsi Mariya Konsuelo Lora Lopes, habelə "El Çapo"nun əvvəlki nikahdan olan oğulları Arçivaldo və Alfredo Qusmanlar da iştirak ediblər.
17 cinayətdə ittiham olunaraq tutulan, Nyu-Yorkda çox ciddi mühafizə olunan həbsxanada saxlanan "El Çapo"nun narkokartelini Meksikadan ABŞ-a ən azı 200 ton kokain keçirərək satıb.
"El Çapo" ABŞ-da vətəndaşlıq almış Emma Koronellə 2007-ci ildə evlənib.
Xəbəri paylaş
7758 dəfə oxunub.
Digər xəbərlər

18-07-2015, 20:46
Sevda Kazımova bayram konsertində.
15-09-2017, 11:56
Bakıda qardaşının evinə qonaq gələn şəxsin DƏHŞƏTLİ SONU
1-05-2016, 12:51
Hindistanda meşə yanğınları zamanı 6 nəfər ölüb
16-03-2015, 17:59
Astarada bulvar salınıb
4-10-2015, 13:58
Xanımlarına xəyanəti onlara baha başa gəldi...
13-10-2021, 12:21
“Westgold” kərə yağları ilə bağlı problemlər bitmir- Bəs, Qida Təhlükəsizliyi Agentliyi hara baxır ?
17-01-2017, 00:21
Sol böyrü üstə yatanda bədəndə nə baş verir?-FOTO
8-03-2018, 10:50
Quyuya düşən şəxs xilas edilib - Goranboyda
11-10-2016, 10:47
Qrip olanlar üçün həkim məsləhəti
18-02-2017, 21:01
Şamanlardan xoşbəxtliyə aparan məsləhətlər: MÜTLƏQ OXUYUN!