Gəncədə arvadını və qayınatasını öldürüb qaçan ər - Tutuldu
Tarix: 18-08-2018 | Saat: 12:26
Bölmə:Karusel / Hadisə | çapa göndər
Gəncədə ər ondan boşanmaq istəməyən arvadını və qayınatasını öldürüb.
Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, hadisə avqustun 18-i saat 01 radələrində baş verib.
Daşkəsən rayonu, Xoşbulaq kənd sakini, 1990-cı il təvəllüdlü Məsim Məmmədovun ailə-məişət münasibətləri zəminində qayınatası Namiq Əkbərovu və arvadı İlahə Əkbərovanı qəsdən öldürmək məqsədi ilə onların Gəncə şəhərində yaşadıqları evə gəlib.
Orada odlu silahdan atəş açaraq hər ikisini öldürüb və hadisə yerindən özünə məxsus avtomobillə qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən M.Məmmədov Daşkəsən rayonu ərazisində valideynlərinə məxsus gizləndiyi evdə tutularaq istintaqa təhvil verilib. Cinayətin aləti olan ov tüfəngi M.Məmmədovun üzərində aşkar edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
6758 dəfə oxunub.
Digər xəbərlər

13-12-2021, 08:28
Sağlam ürək üçün 10 ən yaxşı bənövşəyi rəngli qida - SİYAHI
17-08-2017, 16:48
Əfqan Muxtarlı və Gözəl Bayramlının həbs müddəti uzadıldı
21-02-2016, 12:34
Jirinovski: Türkiyə torpaqlarını ermənilərə vermək lazmdır
20-06-2018, 09:50
Ramzan Kadırov Putini təbrik etdi
22-07-2022, 02:58
Mənim üçün unudulmayan, əziz və çox hörmətli mətbuat nümayəndələri, xanımlar və cənablar!
25-02-2016, 16:24
Elza İlhamənin ölümünə şeir yazdı...
11-05-2017, 18:27
İlham Əliyev baş katibi ordenlə təltif etdi
12-11-2017, 13:59
Sürücülər üçün zəngli papaq yaradıldı - Yuxuya gedəndə...
17-12-2015, 10:43
Necati Şaşmaz ad gününü qeyd etdi - foto