Dünyada ilk dəfə: üzünü məhv etmiş qızın siması bərpa olundu - FOTO
Tarix: 15-08-2018 | Saat: 12:47
Bölmə:Karusel / Hadisə / Dünya / Foto-fakt | çapa göndər
"Həyatım üçün ikinci şansım vardı. Tanrıya və həkimlərə minnətdaram ki, o şansdan yararlana bildim".
21 yaşlı amerikalı Keti Stubbfild dünyada üz transplantasiyası əməliyyatına məruz qalmış ən gənc insandır.
Xeberaz.Az bildirir ki, 2014-cü ilin mart ayında, 18 yaşı olanda Keti qardaşının Missisipidəki evində, vanna otağında intihar etmək istəmişdi.
O, tüfəngin lüləsini üzünə dayayaraq atəş açmışdı.
İntiharın səbəbi Ketinin ağır depressiyada olması idi. Çünki 2013-cü ilin ortalarından başlayaraq Keti Stubbfild mədə-bağırsaq sistemindəki fəsadlarla bağlı bir neçə dəfə əməliyyat olunmuşdu. Daha sonra Ketinin valideynləri işdən qovuldular, işsiz qaldılar. Bütün bunlar azmış kimi Ketinin sevgilisi də onu tərk etmişdi.
İntihar cəhdindən sonra sağ qalan Keti üç hospitalda müalicə olunub. Son 4 il ərzində o, 22 ağır və mürəkkəb əməliyyatlara məruz qalıb.
Son əməliyyat isə dünyaca məşhur Klivlend klinikasında gerçəkləşdirilib. Bu klinika ABŞ-da üz transplantasiyası sahəsində lider mövqe tutub.
Əməliyyatda Ketiyə 31 yaşlı Adrea Şnayderin üzü transplantasiya olunub. Həddən artıq narkotik maddə qəbul etdiyinə görə keçinmiş A.Şnayderin müxtəlif orqanları indiyədək 7 nəfərə transplantasiya olunub.
Klivlend klinikasında 11 cərrahın iştirak etdiyi əməliyyat 31 saat davam edib. Bu zaman virtual reallıq və ZD çapı texnologiyalarından istifadə olunub.
22 yaşlı Keti Stubbfildin yaşam hekayəsi "National Geographic" jurnalının sentyabrda satışa çıxarılacaq sayında "The Story of a Face" məqaləsində əks olunacaq.
Xəbəri paylaş
9628 dəfə oxunub.
Digər xəbərlər

10-07-2019, 15:46
Bakıda polis əcnəbi vətəndaşa kömək etdi
3-05-2015, 12:25
Bakının Nizami rayonunda 1 nəfərin intihar cəhdi
19-08-2015, 14:47
İŞİD professorun başını kəsdi (Foto)
3-08-2020, 21:34
Restoran və mağazaların açılması məsələsi müzakirə olunur - RƏSMİ
18-06-2016, 16:29
Rus OMON-u Nalçikdən çıxır
27-07-2018, 19:15
Küçə-küçə qazılan Xırdalan - REPORTAJ
26-05-2022, 10:24
Xuraman Şuşalı hicabsız şəkillərindən danışdı: “Pulla da onları sildirə bilmirəm” - VİDEO