Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Zövqünüzü oxşayacaq müxtəlif növ türk qızıllarının tam zəmanətlə satışı.Ünvan:X.Dostluğu,Laçın uni.,3mərtəbə,2nömrəli polka. Metrolara çatdırılma mümkündür.050-572-11-88 ⬇⬇⬇
Əlaqə üçün: .050-572-11-88 ⬇ (WhatsApp) ➡@qizilinsatisi_st_gold
“Zirzəmidə yaşayan 270 məcburi köçkün ailəsi köçürüləcək” - "Qaçqınkom"
Tarix: 17-07-2018, 14:03 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu gün səhər saatlarında Komitənin qarşısında məcburi köçkünlərin etiraz aksiyası keçirməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Komitənin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev açıqlamasında deyib ki, təmsil etdiyi qurumun qarşısında etiraz aksiyası olmayıb: "Bu gün qəbul günüdür, qəbula gələnlərin sayı başqa vaxt olduğundan çoxdur, ona görə də növbə yaranıb". 
 
Komitə rəsmisi deyib ki, məcburi köçkünlərin çoxu ev məsələsinə görə müraciət edib: "Qobuya köçürülmə başlayandan sonra onlar da yeni mənzillərə köçmək istədiklərini bildirirlər. Bu da bir-iki günün problemi deyil. 20 ildir ki, davam edir. Çox həssas məsələdir. Proqrama uyğun olaraq ilk növbədə zirzəmidə yaşayanlar, yaşadıqları evlərin aynası, qapısı olmayanlar köçürülür. Bunları qoyub üçüncü mərtəbədə yaşayan, evinin aynası, qapısı olan insanı necə köçürmək olar?! Bu, ədalət prinsiplərinin pozulmasıdır”.
 
İlkin mərhələdə paytaxtın Koroğlu Rəhimov küçəsində yaşayan məcburi köçkünlər köçürüləcək:
 
"Hazırda köçürülmə prosesi davam edir və bir neçə mərhələdə aparılacaq. Zirzəmidə, qəzalı və ağır vəziyyətdə  yaşayan 270-dən çox ailənin köçürülməsi nəzərdə tutulub. Bundan başqa Kürdəxanıda da məcburi köçkünlər üçün yeni binalar tikilir.  Hələlik dəqiqləşdirilməsə də, yəqin ki, ilin sonuna kimi və ya gələn ilin əvvəlində həmin binaların da tikintisi başa çatacaq. Təbriz küçəsindəki, Üzeyir Hacıbəyov küçələrindəki yataqxanaların köçürülməsi ilə bağlı heç nə deyə bilmərəm. Çünki hansı ünvanların köçürülməsi haqqında dəqiq bir söz demək çətindir. Bir daha təkrar etmək istəyirəm, ilk olaraq qəzalı vəziyyətdə olan binalarda və zirzəmilərdə yaşayan məcburi köçkünlər köçürüləcək”

688 dəfə oxunub.
<>
Zövqünüzü oxşayacaq müxtəlif növ türk qızıllarının tam zəmanətlə satışı.Ünvan:X.Dostluğu,Laçın uni.,3mərtəbə,2nömrəli polka. Metrolara çatdırılma mümkündür.050-572-11-88 ⬇⬇⬇
Əlaqə üçün: .050-572-11-88 ⬇ (WhatsApp) ➡@qizilinsatisi_st_gold

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
____ Instagram ___