Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İNK ailəsinə ağır itki üz verib
Tarix: 16-11-2017 | Saat: 13:59
Bölmə:Filmlər / Gündəm / Hadisə | çapa göndər



İctimai başsağlığı...

İNK ailəsinə ağır itki üz verib: kollektivimizin sevimlisi, İNK TV-nin texniki departament rəhbəri, jurnalist, montajçı-operator Elməddin Səfərov bu gecə saat 2 00 radələrində, 33 yaşında qəfil ürək tutması nəticəsində dünyasını dəyişib...

Elməddin qardaşımız hər zaman yeniliklərlə dolu təklifləri, yaradıcılıq axtarışları, gördüyü işlərin məsuliyyəti, ətrafdakılara həssaslığı, cəmiyyətin müxtəlif problemlərinə ağrıyla yanaşması, həyatasevərliyi ilə fərqlənirdi.
Özünün əngəlli olmasına rəğmən, istənilən zaman insanlara qayğısını, köməklikyini əsirgəmirdi. Mərdliyi, sözübütövlüyü, səliqəsi, zəhmətsevərliyi ilə əksəriyyətindən fərqlənən bir şəxs olaraq İNK və Mərkəzi Qərərgahımızda son günlərinə qədər təmənnasız fəaliyyət göstərməklə əsl vətəndaş qeyrəti, şəxsiyyət bütövlüyü nümayiş etdirdi.
O, əsl ictimai nəzarətçi olaraq hər zaman köməyə ehtiyacı olanların yanındaydı: Elməddini yaxından tanıyanlar çəkinmədən sevincini-kədərini onunla bölüşə bilirdilər...

İctimai Nəzarət Koalisiyası, DAMMİB, YYSİB, SİMİB və 70-dən artıq təşkilatı özündə birləşdirən Platforma olaraq kollektivimizin dəyərli üzvünü, hər zaman demokratik dəyərlər carçısı kimi tanıdığımız gəncin ölümündən üzüldüyünü bildirir, onu sevənlərə, doğmalarına dərin hüznlə başsağlığımızı çatdırırıq.
Ruhu şad, xatirəs əziz olsun: biz iş yoldaşları olaraq onu heç vaxt unutmayacağıq...

İNK, DAMMİB, YYSİB, SİMİB rəhbərliyi, üzv təşkilatların nümayəndələri





5998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___