Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elnur Məmmədov: “Legends of Azerbaijan” adlı dünya seriyası yarışı təşkil ediləcək" FOTOLAR
Tarix: 05-02-2017 | Saat: 00:39
Bölmə:M / Karusel / İdman / Gənclərimiz | çapa göndər

Elnur Məmmədov: “Legends of Azerbaijan” adlı dünya seriyası yarışı təşkil ediləcək" FOTOLAR



Bu gün “Best of the Best” promoşn qrupunun rəhbəri və idmançılarının iştirakı ilə mətbuat konfransı keçirilib.
"Xəbəraz.az " SİA-a istinadən xəbər verir ki, konfransda “Best of the Best” promoşn qrupunun rəhbəri, K-1 brendinin Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov, sözügedən qrupun üzvləri, K-1 döyüşçüləri Ziya və Tural Bayramovlar, muay-tay üzrə dünya çempionu Alim Nəbiyev, qrupun baş məşqçisi Ruslan Krivuşa iştirak edib.

“Best of the Best” promoşn qrupunun rəhbəri Elnur Məmmədov təmsil etdiyi qurumun idmançılarının bir çox nüfuzlu yarışlarda uğurlu çıxışlarından danışıb. O, “Best of the Best” promoşn qrupunun döyüşçülərinin yalnız dünyanın ən tanınmış və yüksək reytinqli yarışlarında çıxış etdiklərini qeyd edib: “Bizim idmançılarımız beynəlxalq səviyyədə öz sözlərini demiş döyüşçülərdir. “Best of the Best” promoşn qrupunun üzvləri olan Ziya və Tural Bayramovlar, Alim Nəbiyev, Xəyal Canıyev, Çingiz Allazov və digər idmançılar dünyanın ən güclü döyüşçülərindəndirlər. Qarşıda idmançılarımızı bir neçə nüfuzlu yarışlar gözləyir”.

E.Məmmədov A.Nəbiyevin Fransanın Marsel şəhərində muay-tay üzrə dünya çempionu kəməri uğrunda 79,3 kq çəki dərəcəsində uğurla mübarizə apardığını, idmançımızın yerli döyüşçü fransalı Yohan Lidonla gərgin keçən 5 raundluq döyüşdə qalib gələrək WMS versiyası üzrə dünya çempionu olduğunu qeyd edib.

O, bu il “Best of the Best” promoşn qrupunun ölkəmizdə “Azərbaycan əfsanələri” (“Legends of Azerbaijan”) adlı dünya seriyası yarışını təşkil edəcəyini bildirib: “Mart ayının sonu, aprelin əvvəlində keçiriləcək yarışda dünyanın ən güclü idmançıları döyüşəcəklər. Biz bu yarışı da yüksək səviyyədə təşkil etməyi qarşımıza məqsəd qoymuşuq. “Legends of Azerbaijan”da 10-12 peşəkar döyüş keçiriləcək. Azərbaycanın əfsanəvi və ən güclü idmançıları dünya idmançıları ilə döyüşəcəklər. Məqsədimiz Alim Nəbiyev, Xəyal Canıyev və Çingiz Allazov kimi idmançılarımızın eyni gündə döyüşməsidir. Fəxri qonaqlar qismində Gökhan Saki və digər tanınmış idmançıların dəvət olunması planlaşdırılır”.

“Best of the Best” promoşn qrupunun rəhbəri bəzən K-1 brendi adından istifadə edənlər olduğunu deyib: “K-1 brendinin Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi “Best of the Best” promoşn qrupudur. Ancaq bəziləri bizim xəbərimiz olmadan hansısa kiçik yarışlarda döyüşüb, bunu mətbuatda geniş şəkildə işıqlandırırlar. Bəzən mediada medallarını da göstərirlər. Halbuki K-1 döyüşlərində medal olmur. Bildirmək istəyirik ki, K-1-in Azərbaycanda bütün hüquqları “Best of the Best” promoşn qrupuna aiddir. Bu qurumdan xəbərsiz sözügedən brenddən istifadə edənlər məsuliyyət daşıyırlar”.

K-1 döyüşçüsü T.Bayramov yalnız “Best of the Best” brendinə uyğun olan yarışlarda iştirak etdiklərini, dünya miqyaslı turnirlərdə yüksək nəticələr qazandıqlarını vurğulayıb. O, bir çox yarışlara dəvət aldıqlarını, onlardan ən yaxşılarını dəyərləndirəcəklərini deyib: “Hazırda Almaniyada keçiriləcək yarışa qatılmağı düşünürük. Oradakı rəqib kanadalıdır. O, muay-tay üzrə dünya çempionudur”.

Digər K-1 döyüşçüsü Z.Bayramov yüksək səviyyədə məşqlər keçirdiklərini, dünyanın istənilən idmançısı ilə döyüşməyə hazır olduqlarını bildirib. O, Taylandda təlim-məşq toplanışı keçirəcəklərini vurğulayıb.

Muay-tay üzrə dünya çempionu A.Nəbiyev Fransada keçirdiyi uğurlu döyüşü haqda danışıb: “Yerli idmançı ilə döyüşmək asan deyildi. Beş raund mübarizə apardım. Sevinirəm ki, sonda qalib gəldim və WMS versiyası üzrə dünya çempionu tituluna yiyələndim. Yüksək hazırlıq keçirik. Qarşıdan gələn yarışlarda da bütün gücümüzlə döyüşüb, öz sözümüzü deyəcəyik”.

Baş məşqçi R.Krivuşa əməkdaşlığa görə “Best of the Best” promoşn qrupunun rəhbəri E.Məmmədova minnətdarlığını bildirib. O, “Best of the Best” promoşn qrupunun idmançılarının dünyanın güclüləri olduqlarını qeyd edib: “Komandamızda dünyanın ən güclüləri yer alır. Onlar heç kimdən geri qalan idmançılar deyillər. İdmançılarımız K-1-də istənilən rəqiblə döyüşdə qalib gələr bilərlər”.

Daha sonra tədbir iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.
Elnur Məmmədov: “Legends of Azerbaijan” adlı dünya seriyası yarışı təşkil ediləcək" FOTOLAR
Elnur Məmmədov: “Legends of Azerbaijan” adlı dünya seriyası yarışı təşkil ediləcək" FOTOLAR
Elnur Məmmədov: “Legends of Azerbaijan” adlı dünya seriyası yarışı təşkil ediləcək" FOTOLAR
Elnur Məmmədov: “Legends of Azerbaijan” adlı dünya seriyası yarışı təşkil ediləcək" FOTOLAR


Xəbəri paylaş

1 5248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___