Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İDDİA: "FACE STUDİO" MÜŞTƏRİNİ NARAZI QOYUB ZİYANA SALDI
Tarix: 19-07-2022 | Saat: 22:14
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Araşdırma | çapa göndər

Saçlarının uzanmasına qulluq edən qadının saçlarını "Face Studio" görün nə hala saldı. 

Nizami rayonu Bəkir Çobanzadə küç 33 ünvanında yaşayan Qaçayeva Günay Oruc qızı "Xeberaz.Az"-a müraciət edərək bildirir ki, sosial şəbəkələrdə reklamı yayımlanan "Face Studio" gözəllik salonuna müraciət edərək saçlarının boyanmasını istəyir.

 Bu işi həyata keçirən xanım saç ustası müştəri Qaçayeva Günaya məsləhət görürki, gəl saçından biraz kəsək  dəyişiklik edək.

 Müştəri Qaçayeva Günayın  bildirdiyinə görə, öncə razılaşmır. Uzun zamanını saçlarının uzanmasına və sağlam olmasına çalışdığını bildirsədə, sonda xanım saç ustası razılaşır. 

Beş saatdan çox Qaçayeva Günayın saçlarında kəsim və boya işləri aparılır. 

Müraciətçi Qaçayeva Günay onu da bildirir ki,bu xidmətə görə,110 manat ödəniş alırlar ancaq ödənişin müqabilində qəbz vermirlər. 

Səhəri gün Qaçayeva Günay  saçlarına baxanda sözün məcazi mənasında  dəli olur.

 Saçlarının yeni görkəmini bəyənmədiyini "Face Studio" zəng edərək ustaya bildirir. 

Müraciətçi onuda xatırladır ki, xidmətlərindən narazı olduğunu bildirsədə "Face Studio" gözəllik salonu bildirib ki, xoşun gəldi gəlmədi bizdə belədir.

 Ürəyin hara  istəyir get şikayət elə deyərək telefonu üzünə söndürüb.

Baş vermiş məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxladıq.

Özünü "Face Stuio" gözəllik salonun rəhbəri kimi təqdim edən Fatimə xanımla danışdıq. 

Baş verənlərin təmiz əksini danışan Fatimə xanım göstərilən xidmətə görə, qəbzin verilməməsinə belə aydınlıq gətirdi. 

Salonda nəzarət  kameraları var Qaçayeva Günaya göstərilən xidmətə görə alınan ödənişin görüntüsünün olduğunu bildirsədə bizə onu göstərməyərək həqiqətdən yan keçdi. 

Onuda xatırladaq ki, müraciətçi Qaçayeva Günay baş vermiş məsələ ilə bağlı, maddi və mənəvi ziyanla yanaşı görkəmində olunan dəyişikliyə görə məhkəməyə müraciət edərək təzminat davası açdığında qeyd etmişdir. 

Ümid edirik ki, baş vermiş məsələyə görə, aidiyyatı qurumlar məsələni diqqətdə saxlayaraq ədalətli qərar verməklə məsələyə aydınlıq gətirəcək.



Xəbəri paylaş

7408 dəfə oxunub.

Digər xəbərlər
31-12-2015, 01:50 “Qubaya qar yağır
4-01-2016, 11:52 Neft kəskin bahalaşdı

bütün xəbərlər
____ Instagram ___