Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ləğv edilmiş ORDEN adı ilə ZAVODA məxsus evləri şəxsi əmlakı kimi satıb-TƏRTƏR
Tarix: 04-06-2022 | Saat: 02:50
Bölmə:Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Hadisə / Aktual | çapa göndər

Bir neçə gün öncə Tərtər rayonunda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan zavodun ərazisində yanan yeni tikilmiş şəxsi evlə bağlı bəzi detallar üzə çıxıb.

Publika.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, həmin yanan ev zavodun müdiri Bəylər Zeynalova məxsusdur. Bildirilir ki, zavod müdiri nazirliyin balansında olan ərazidəki bu evi oğlu üçün inşa etdiribmiş.

Bəylər Zeynalovun 2008-ci ildən bu zavoda rəhbərlik etdiyi bildirilir. İddialara görə, Bəylər Zeynalov zavodun balansında olan bütün yolqırağı əraziləri də satıb. Vurğulanır ki, söhbət 18 obyektin satılmasından gedir.

Yolqırağı obyektlərdən birini də Tərtər Rayon İcra Hakimiyyətinin şöbə müdiri Füzuli Əliyev 3 ay öncə 90 min manat ödəyərək sahiblənib. Məlumatlara görə, zavod müdiri hətta rayonun icra başçısı ilə də hesablaşmır. Bəylər Zeynalovun qardaşı Eldar Zeynalovun “Qaçqınkom”da aparat rəhbəri olduğu deyilir.

Nazirliyin balansında olan və yanan evin hazırda qapılarının bağlı olduğu bildirilir.

Maraqlıdır, görəsən, Müdafiə Sənayesi naziri Mədət Quliyevin Tərtərdə olanlardan xəbəri varmı? Görəsən, bu yazıdan sonra Tərtər rayonundakı zavod müdiri ilə bağlı bu iddialar öz əksini tapacaqmı? İddialar öz əksini tapdığı halda, Bəylər Zeynalovla bağlı hansı ölçü götürüləcək?

İddialarda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Xəbəri paylaş

4938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___