Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı şəhərində 3000 –dən artıq müxtəlif növ şam ağacı kəsilib.
Tarix: 19-04-2022 | Saat: 10:56
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Araşdırma | çapa göndər

Bakı şəhərinin bir çox ərazilərində illər əvvəl əkilmiş bir çox şam ağacları qurumağa başlayır. Quruyan şam ağaclarının digər şam ağaclarına xəstəlik keçirə biləcəyi əsas götürülərək, Bakı şəhərində 3000 –dən artıq müxtəlif növ şam ağacı kəsilib.

Yaranmış vəziyyətlə bağlı bir sıra alim və mütəxəssislərin iştrakı ilə Bakı Şəhər İcra Hakimiyyəti yanında müşavirə və bir sıra görüşlər keçirilib. Ağacların nə səbəbdən qurumasına dair yekun qərara gəlinməsə də hal-hazırda Bakının Səbail , Mərdəkan rayonu və digər ərazilərində saralmış və qurumuş şam ağaclarının utilizasiya prosesinə başlanılıb.



Mövzünun aktualllğını nəzərə alaraq uzun illər Bakı şəhəri Yaşıllaşdırma Təsərüfatı Birliyinin də çalışmış, təcrübəli alim – aqranon Xanəhməd Əsgərova müraciət etdik. Müsahibimizin fərqli fikirləri var. Xoş gördük,sizi Xanəhməd müəllim. Salam,xoş gördük.







-Sizin fikrinizcə niyə quruyur bu qədər şam ağacı? Bir mütəxəssis kimi Bakının müxtəlif ərazilərində quruyan şam ağaclarının qlobal istiləşmənin və ya atmasferin çirklənməsi ilə əlaqələndirmək olarmı?







-Cavab: Bakı şəhərində quruyan ağaclarda, əsasən şam ağaclarında hansısa bir quruma halını xəstəliklə bağlamaq düzgün deyil. Şam ağacının tərkibində efir yağı olduğundan göbələk xəstəliyinə tutulmur. Abşeron yarmadasında əsasən də Bakı şəhərində quruyan ağacların əsas səbəbi, normal suvarılmamasıdır,budama işlərinin aqrotexniki qaydalara uyğun

aparılmaması və bu zaman gövdənin həddən ziyadə budanmasıdır. Düzdür çirkli otmasfer bitkiləri çirkləndirə bilir, ancaq bu kənar təsirin şam ağaclarına aidiyyatı yoxdur.

Bildiyiniz kimi şam ağacları bir çox mikrobları zərərləşdirdiyi kimi, fitonsidlər buraxmaq qabiliyyətinə malikdir. Bu isə təmiz otmasfer, təmiz oksigen deməkdir. Ona görə hesab edirəm, şam ağacları vaxtında yuyulmalı, Bitki Mühafizəsi şöbəsi bu işdə ciddi olmalıdır. Son illər isə bu şöbədə aqranom yoxdur. Bildiyim qədər bu şöbədə aqranomdan başqa bütün ixtisas sahiblərin tapmaq mümkünür. Bu isə tədricən mənfilərnən müşahidə olunacaq. yaşıllığın məhv olması deməkdir.







-Şam ağaclarının kütləvi surətdə qurumasının qarşısını almaq üçün hansı profilaktik tədbirin həyata keçirilməsini məqsədə uyğun bilirsiniz?





-Cavab: Biraz əvvəl dediyim kimi əsas suvarma məsələsidir . Bunu bərpa etmək lazımdır. Çünki şam ağacları əsasən  mil köklərdən suyu qəbul edir. Mil kökündən suyu qəbul etməyən istənilən növ şam ağacında fotosintez prosesi pozulur, bu da ağacların qurumasına səbəb olur. Belə deyək 50 illik şam ağacı öz su təlabətını ödəmək üçün istənilən səviyyədə su qəbul etməyəndə, torpaqda rütubətliyin miqdarı istənilən səviyyədə olmayanda tədricən quruma prosesi başlayır.Fikrimə misal üçün bildirə bilərəm ki, son zamanlar yağan davamlı yağışlardan sonra quruma prosesi başlayan ağaclarda bərba prosesi var.



 Ümumiyyətlə hesab edirəm ki,Denderologiya İnistutunda mövcud olan müasir- “Resisto-Qraph və Arbatum cihazları vasitəsi ilə ağacların təlabatını, nə səbəbdən qurumasını təyin etmək mümükdür. Mən bir aqranom- müxtəsəssiz kimi istənilən vaxtda öz təkliflərimi verməyə, uzun illər xidmət etdiyim yaşıllaşdırma sahəsinə öz fikirlərimi təqdim etməyə hazıram.

Bizə vaxt ayırdığınıza və sullarımızı cavabladırdığınıza görə sizə təşəkkür edirik, -Məndə öz təşəkkürümü bildirirəm.Suallarımızı cavablandırdız,sizə öz minnətdarlığımı bildirirəm.



Xəyyam Qurbanlı







Xəbəri paylaş

3528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___