Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hörmətli veteranlarımızı, şəhid olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini səmimi qəlbdən təbrik edirəm.
Tarix: 20-03-2022 | Saat: 18:42
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Təbriklər | çapa göndər

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR ORQANLARININ VƏ DAXİLİ QOŞUNLARIN ŞƏXSİ HEYƏTİNƏHörmətli həmkarlar!

Novruz bayramı münasibətilə sizi, hörmətli veteranlarımızı, şəhid olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini səmimi qəlbdən təbrik edirəm.

Xalqımızın qədim və zəngin mənəvi dünyagörüşünün təcəssümü olan “Novruz”un dövlət səviyyəsində qeyd olunması ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə ehtiramının əyani ifadəsi və tarixi xidmətlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin uğurlu və müdrik dövlət siyasəti sayəsində davamlı inkişafda olan ölkəmizdə bu bahar bayramı da nikbin ovqat, qürur və qalibiyyət əhval-ruhiyyəsi ilə qarşılanır, eyni zamanda hər bir yerdə böyük sevinc hissi yaşanır. İnkişafın, quruculuq işlərinin, sosial tərəqqinin başlıca şərti olan sabitlik, əmin-amanlıq, insanların təhlükəsiz həyatı etibarlı qorunur. Bu mühüm məsələlərin həllinə şəxsi heyətimizin verdiyi töhfələr, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə göstərdiyi əzm, qətiyyət və sədaqətli xidmət möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən həmişə yüksək qiymətləndirilir.

Əminəm ki, xalqa, Vətənə, dövlətçiliyə sədaqəti ilə seçilən əməkdaşlarımız və hərbi qulluqçularımız asayişin və təhlükəsizliyin təmin olunması, vətəndaşlarımızın qanuni mənafelərinin hüquqazidd əməllərdən müdafiəsi kimi mühüm vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəkdir.

Hamınıza möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram.

Bayramınız mübarək!

Vilayət Eyvazov
Azərbaycan Respublikasının daxili işlər naziri
general-polkovnik


Xəbəri paylaş

4058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___