Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“ASAN Xidmət”də çalışan qızın qaçırılmasının TƏFƏRRÜATI (YENİLƏNİB)
Tarix: 10-03-2022 | Saat: 08:02
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Foto-fakt / Aktual | çapa göndər

“ASAN Xidmət”də çalışan qızın qaçırılmasının TƏFƏRRÜATI (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Ağcabədidə 30 yaşlı qız qaçırılıb.
"Xeberaz.Az" xəbər verir ki, Ağcabədi rayon Taxta Körpü qəsəbəsində məskunlaşan İbrahimova Tutu İdris qızı 7 mart 2022-ci il tarixində öz şəxsi avtomobili ilə Ağcabədi “ASAN Xidmət” Mərkəzindən işdən çıxıb evə gedərkən, qarşısını kəsən şəxs və ya şəxslər tərəfindən qaçırılıb.
T. İbrahimovanın anası Sahibə İbrahimova  bildirib ki, onların şübhələrinə görə, övladlarını yaxın qohumluq əlaqələri olan Qeys Cabbarov adlı şəxs qaçırıb. Lakin istər qızın, istərsə də oğlanın telefonlarının söndürülməyi ailəni daha çox narahat edir.
Qızın anası onu da deyib ki, T. İbrahimovanı qaçıran şəxs onun avtomobilini vurub əzdikdən sonra qaçırıb.
xxx
21:15
Ağcabədidə 30 yaşlı qadın qaçırılıb.
"Unikal" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü bir qızın  qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub:
“Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Yayılan xəbərlərə görə, sözügedən qadın “ASAN Xidmət” Mərkəzinin əməkdaşıdır.


Xəbəri paylaş

3728 dəfə oxunub.

Digər xəbərlər
7-06-2016, 06:24 Nazirə sualınız var?

bütün xəbərlər
____ Instagram ___