Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan güləşçisi erməniyə qalib gəldi
Tarix: 09-03-2022 | Saat: 01:46
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Foto-fakt / Təbriklər | çapa göndər

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Yenicag.az xəbər verir ki, 60 kq çəki dərəcəsində rəqib Ermənistan təmsilçisi Tiqran Minasyan olub.
Qarşılaşmanın əvvəlindən ardıcıl fəndlər tətbiq edən Məmmədli sona 63 saniyə qalmış 9:0 hesablı tam üstünlüklə qələbəni təmin edib.
Finalda onun rəqibi Vitali Yeryomenko (Moldova) – İrakli Dzimistraişvili (Gürcüstan) görüşünün qalibi olacaq.
Qeyd edək ki, 87 kq-da yer alan Laçın Vəliyev də bürünc medal uğrunda qarşılaşmada ermənistanlı Gevorq Tadevosyanı sınağa çəkəcək.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də, final qarşılaşmaları isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. 63 kq-da Ziya Babaşov və 77 kq-da Xasay Həsənli müvafiq olaraq gürcüstanlı Giorgi Şotadze və Davit Soloqaşvili ilə çempionluq uğrunda mübarizə aparacaq.


Xəbəri paylaş

5378 dəfə oxunub.

Digər xəbərlər
29-10-2018, 14:14 Ailəsi onu axtarır

bütün xəbərlər
____ Instagram ___