Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həyatdakı qəm və qüssəmizin səbəbi nədir?
Tarix: 30-07-2017 | Saat: 21:00
Bölmə:Karusel / İbadət | çapa göndər


İnsanın bu həyatdakı qəm və qüssəsinin səbəbi çoxdur. Ancaq ən mühüm olanları vardır ki, onlara işarə edək.

1. İnsanın qəminə səbəb olan ilk amil – dünyaya bağlılıqdır. Mərhum Dulabinin dili ilə desək, bir diş vardır ki, ağızda deyildir. Ancaq onu çəkmək vacibdir. O diş – dünya tamahıdır. İnsan o zaman ki, bir şeyə çatmaq istəyir, qərar tutmaz, tələsər.
Hədislərimiz dünyanı kölgəyə bənzədiblər və bu kölgə daima səninlədir, ancaq nə qədər çalışsan da ona çata bilmirsən. İlğıma bənzəyər və əgər qəlb ilğımını bağlasan, bu kölgə də gözdən itəcəkdir.
Dünyaya malik olmaq eyib deyildir, ona bağlanmaq eyibdir. Çünki dünyaya həddən artıq bağlanmaq ardınca qəm və qüssə gətirir. Bunun da yolunu Allah Təala Quranda bizə belə öyrədir:“(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. (“Hədid” 23).
Bu qəm və qüssənin aradan getməsini istəyiriksə, gərək əlimizdən gedənlərə görə təəssüflənməyək və əldə etdiklərimizə görə də çox sevinməyək. Çünki fanidir və məhv olandır.
2. İnsanın qəm və qüssəsinə səbəb olan başqa bir amil isə - günahdır. İmam Baqir (ə) buyurur: “İnsan qəlbi safdır və ağ bir səhifə kimidir. İnsan hər günah edəndə ona bir qara nöqtə və bir qəm-qüssə vurular”.
İmam Əli (ə) “Nəhcul-bəlağə”də buyurur: “Bir saatlıq və bir gecəlik əylənmək ardınca böyük qəm gətirər. Elə insanlar olubdur ki, bir gecə bir naməhrəmlə olublar, ancaq 70 il vicdan əzabı çəkib və yanıblar”.
Bəs ondan xilas olmağın yolu nədir?
Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, günah fikri edər, günahın kökünü gərək nütfədə boğsun”. (Tebyan)
Ona görə də ilk olaraq günah fikirlərini özümüzdən uzaqlaşdırmağı bacarmalıyıq. Bundan başqa, günah məclislərində iştirak etməyək və günaha səbəb olan vəziyyətlərdən qaçmağa çalışaq.
İmam Əli (ə) buyurur: “O şey ki, qəmi artırar – günah və günahın çoxluğudur”.
Həzrət (ə) “Nəhcul-bəlağə”də buyurur: “O kəs ki, əməldə səhlənkarlıq edər, atanın haqqını əda etməz, aybaay, illər boyu ata və anasına baş çəkməz, vacibatlarına: namaza, oruca, xümsə diqqətsizlik edər – qəm və qüssəyə düçar olar”.
3. Qəmə səbəb olan başqa bir amil isə Allahı unutmaqdır. “Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır”. (“Taha” 124).
(deyerler.org)



5458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___