Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prokurorluq ögey ananın azyaşlıları döyməsi ilə bağlı MƏLUMAT YAYDI
Tarix: 18-08-2021 | Saat: 12:19
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Səhiyyə | çapa göndər

Prokurorluq ögey ananın azyaşlıları döyməsi ilə bağlıMƏLUMAT YAYDI



Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ağstafa şəhəri ərazisində 2 azyaşlı uşağa qarşı zorakı hərəkətlər edilməsi barədə məlumatlar yayılıb.
Bu barədə "Xeberaz.Az"-a Ağstafa rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Gəncə şəhər sakini Həsənova Zəminə Valeh qızının nəvələrinin zorakılığa məruz qalmasına dair müraciəti əsasında Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma ilə Mehralıyeva Səadət Həmid qızının müxtəlif vaxtlarda 2013 və 2014-cü il təvəllüdlü ögey övladlarına mütamadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə əzab verərək onlara çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağstafa Rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılıb.


Xəbəri paylaş

5698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___