Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 2-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən şimal və qərb rayonlarında intensiv olub, Şahdağda qar yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-4; Naxçıvan MR-da 6-13, Naxçıvanda 42 (aylıq normanın 106 faizi), Şərurda 20 (aylıq normanın 44 faizi); Kiçik Qafqazda 3-16, Göygöldə 42 (aylıq normanın 39 faizi); Böyük Qafqazda 1-14, Zaqatalada 26 (aylıq normanın 21 faizi), Qusarda 23 (aylıq normanın 42 faizi); Qazax-Gəncədə 7-9; Mərkəzi-Aranda 1-9; Lənkəran-Astarada:1-6 mm təşkil edib.
Qar örtüyü əmələ gəlib, hündürlüyü Şahdağda 1 sm olub. Mayın 1-i saat 16:20 radələrində Naxçıvana diametri 6 mm olan dolu yağıb.
Respublikanın daxili çaylarında yağan leysan yağışlarla əlaqədar çaylarda sululuq artıb, mayın 2-də Kiçik Qafqazın ərazisindən axan Qoşqarçayda suyun səviyyəsində 47, Kürəkçayda 25, Əsrikçayda 23, Zəyəmçayda 17, Gəncəçayda 13, Axınçaçayda 12 sm artım, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda, Gilgilçayda, Harmidorçayda 2, Qudiyalçayda isə 1 sm artım müşahidə olunub.
Tranzit çaylarda mayın 2-də Araz çayının Qıvraq məntəqəsində (Naxçıvan MR) suyun səviyyəsində 40, Kür-Qıraqkəsəməndə 18, Qanıx-Cəlayirdə isə 17 sm artım müşahidə olunub.
Mayın 2-də Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3, Şirvanda 2 sm artıb, Bankə məntəqəsində isə səviyyə dəyişməyib.
Bəzi yerlərdə yağış, Şahdağda qar yağıb - Faktiki hava
Tarix: 02-05-2021 | Saat: 13:27
Bölmə:Bütün xəbərlər / Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Xəbəri paylaş
4318 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-05-2021 | Saat: 13:27
Bölmə:Bütün xəbərlər / Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
6-03-2018, 15:34
"ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri bir gün işləməyəcək
2-02-2016, 11:38
Sevda Kazımova uşaqlıq fotosunu paylaşdı
3-03-2017, 11:08
Bakıda bir gündə beş uşaq dərmandan zəhərləndi
11-12-2017, 13:25
Azərbaycanda yol qırğını: 12 ölü, 27 yaralı
17-01-2023, 11:20
Tibbi fəaliyyətlə məşğul olan bu şəxslər cərimələnəcək
30-06-2019, 17:04
Gənc qıza küçədə kabus yaşatdılar - VİDEO
23-04-2018, 16:03
Havanın temperaturu qalxacaq
23-04-2018, 10:04
Abid Şərifovun səhhəti pisləşib
3-08-2015, 13:01
Ərdoğandan ilginc müsahibə - Çox sirləri açdı
7-12-2021, 01:15
"Yaxşı etmişəm, pula görə kiminlə istəsəm yataram" - Dəhşətli cinayətin TƏFƏRRÜATLARI