Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Taimex»in koronadan dünyasını dəyişən rəhbəri Tahir Yusifovun kimlərə pul atdığı bəlli oldu-YENİLƏNDİ
Tarix: 30-04-2021 | Saat: 12:47
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Araşdırma | çapa göndər

image here

Şikayətçilər: “Tahir Yusifov Ağsuda “Qradus-40” şərab zavodu açdı, bizi aldadaraq külli miqdarda pulumuzu sərmayə adı altında mənimsədi...”
“Təzadlar”a müraciət edən bir qrup sahibkarın problemi yenə də etibardan sui-istifadə ilə külli miqdarda ziyana düşmələri, müflis vəziyyətə salınmaları barədədir. Maraqlıdır ki, bu dəfə də onları işə salan tanınmış “Taimex” biskivit şirkətinin təsisçisi və rəhbəri Tahir Yusifov olmuşdur.
Zərər çəkmiş sahibkarlardan redaksiyaya daxil olmuş şikayəti araşdırarkən isə maraqlı faktlar üzə çıxdı. Sən demə iki ay əvvəl koronavirusdan dünyasını dəyişən Tahir Yusifov reanimasiyada olarkən və canı ilə əlləşərkən onun adına olan bütün mülkiyyət hüquqları kimlərinsə təsir və təzyiqi ilə onun yaxını olan Zarema adlı qadının Tamerlan adlı oğlunun adına rəsmiləşdirilib. Hətta bunun üçün xəstəxanaya notarius da dəvət edilibmiş və s.

Bəs Tahir Yusifov öz ətrafını-səhmdar sahibkarları necə tora salıb?

Onu da qeyd edək ki, “Tatan” ləqəbli iş adamı Tahir Yusifov 23 yanvar 2021-ci ildə müalicə aldığı Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib. O, “Taimex” şirkətinin və Ağsudakı “Qradus-40” araq zavodunun sahibi, Tovuzun “Turan” futbol komandasının rəhbəri olmuşdur.
***
Beləliklə, zərərçəkənlərdən Hüseyn Səfərovla əlaqə saxladıq... O, bizimlə söhbətində bildirdi ki, bir müddətdir Tahir Yusifovla tanış olub: “...Tahir mənə təklif etdi ki, Ağsuda araq zavodu açıb, mən də bu istehsalatda iştirak edim. Sonra məni inandırmaq üçün tanıdığım məşhur iş adamlarının bu sahəyə böyük pullar qoyduqlarını söylədi, adlarını sadaladı. Mən tamamilə inandım ki, bu istehsalatın fəaliyyətində iştirakım məqbuldur. O, müvafiq sənədlərlə məni tanış etdi, sonra zavodun fəaliyyəti ilə tanış oldum. Bildirdi ki, zavodun genişləndirilməsi və modernləşdirilməsi üçün iş adamları pul yatırır, mənfəətdən dividentlər alacaqlar. Mən də bir neçə dostlarımın maddi vəsaitlərini götürüb yatırım etdim... Az keçmiş məlum oldu ki, Tahir Yusifov bizi aldadıb...”.
Həmsöhbətimiz məsələnin artıq hüquq mühafizə orqanları səviyyəsində çözüləcəyini bildirdi: “Biz məcbur olub aidiyyəti dövlət qurumlarına şikayət verdik. Çünki yatırım etdiyimiz zavod böyük istehsalat sahəsidir və ən azı, ya əmlakı satılıb bizlərin pulları qaytarılmalıdır, ya da zavodu idarəçiliyə götürən şəxs bu problemi yoluna qoymalıdır”.
Apardığımız araşdırmalarla müəyyən edildi ki, Tovuzun “Turan” Komandasının rəhbəri olmuş tanınmış iş adamı Tahir Yusifov müxtəlif iş adamlarından külli miqdarda pul alıb. Lakin üst-üstə toplam edəndə həmin vəsaitlərin hara yatırıldığı ciddi şübhə doğurur. Məsələn, o, Əhməd Məstanova 25 min manat, Nüsrət adlı şəxsə 50 min dollar, Hüseyn Səfərova 95 min manat, Elvin adlı iş adamına 450 min dollar, İlham Namazova 20 min manat və s. pul atıb. Borc sahiblərinin sayı isə təxminən 50 nəfərdir. Hətta qudalarına milyonlarla borcu olduğu bildirildi...
***
Digər iş adamları ilə söhbətimizdən isə məlum oldu ki, ötən ilin dekabrın 10-da koronadan xəstələnən Tahir Yusifov əvvəlcə yaxşılaşıb, lakin naməlum səbəbdən halı qəflətən pisləşib. Ən diqqəti çəkən isə budur ki, o, ağır vəziyyətdə olarkən bütün əmlaklarını ailə üzvlərinin deyil (3 qızı var, qudalarının tanınmış şəxslər olduğu bildirilir və s.), məhz adı çəkilən Zarema adlı xanımın Tamerlan adlı oğlunun adına keçirib.
Mənbə söyləyir ki, Zarema xanım əvvəllər turizm sahəsində çalışıb. Oğlu Tamierlan isə Çexiyada (Praqada) təhsil alıb. Onların Çexiyada turizm şirkəti olub. “Məndə olan məlumata görə, onlar həmin şirkəti keçmiş maliyyə naziri Fikrət Yusifovdan alıblar... Və onu da öyrənmişəm ki, Tahir Yusifov Zarema xanımın iştirakçılığı ilə Çexiyada özünə bir neçə iri ticarət obyekti və turizm şirkəti, mənzillər və s. alıb. Və bizi narahat edən budur ki, həmin Zarema adlı xanım indi bizim pullarımızı verməmək üçün müxtəlif yollara əl atır. Gah deyir ki, guya yüksək rütbəli məmurlara yaxın qohumdur, kimsə ona bata bilməz... Gah da başqa bəhanələr söyləyirlər...”.

***
Redaksiya araşdırmalarla onu da təxmin etdi ki, Zarema adlı xanım özünü Prezidentin İşlər İdarəsinin sabiq müdiri Oqtay Şahbazovun (2016-ci ildən 2021-ci ilin yanvarın 26-dək Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışıb) yaxın qohumu kimi təqdim edərək bildiyini edir, borcun qaytarılmasını yayındırır. Məsələn, o, Bayılda mənzil tikintisi ilə məşğul olan və Volodya kimi çağrılan şəxslə əlaqəyə girərək borclulara pulun Paşabanka köçürüldüyünü deyir. Hətta Volodya bəzi borcluların adına həmin tikilməkdə olan binadan mənzil də sənədləşdirib. Və həm də uydurulub ki, guya Volodya Rusiyanın nüfuzlu banklarından birindən təminat (“qarantiya”) məktubu alaraq Kapitalbank-a külli miqdarda pul köçürtdürür, borclar tezliklə qaytarılacaq və s. “...Amma bəllidir ki, həmin Volodya özünə məxsus “BAFİDA” MMC vasitəsilə Azərbaycanda qara pulların yuyulmasını həyata keçirir (Bu barədə daha ətraflı yazı çapa hazırlanır). Və çoxları xəbərsizdir ki, Tahir Yusifov Moskvada Zarema xanımın adına 500 min dollara mənzil də alıb, hazırda onun əmlaklarının daha haralarda və kimlərin adına olmasını araşdırırıq...”.
Şikayətçilər isə birmənalı olaraq deyirlər ki, bu məsələdə Zarema xanımı himayə edənlər bilməlidir ki, məsələ bu yolla deyil, qanuni formada həll edilməlidir, əks halda müvafiq qanuni tədbirlərin görülməsi üçün dövlət orqanlarına fərqli formada müraciət ediləcək. Artıq sənədlər də hazırlanıb.
Məsələ ilə bağlı “Taimex” Şirkəti ilə əlaqə saxlayıb Zarema xanımla danışıb bəzi suallara cavab tapmağa çalışdıq. Lakin hələki bu cəhdimiz baş tutmur...
Diqqəti çəkən isə bir məqam var: bu məlumat-yazının qısa məzmunu ötən şənbə günü sayta yerləşdirilmişdir. Lakin iki gündür adları qeyd edilən və Tahir Yusifovun borclu olduğu iş adamlarına “sehirli əl” zəng etdirərək guya borclarının artıq ödənildiyi və s. barədə xahişlər etdirirlər. Hətta adını gizli saxlayan bəzi şəxslər isə bağlı nömrələrdən zəng etdirərək həmin yazının ümumiyyətlə, saytdan çıxarılıması, qəzetdə verilməməsi üçün müxtəlif təkliflər irəli sürürlər. Halbuki əlimizdə Tahir Yusifovun ötən dövrlərdəki digər fəaliyyətləri, eləcə də kimlərə nə qədər pul borcu olduğunu təsdiqləyən sübutlar var. Borcluların sırasında isə vəzifəli şəxslər də vardır.
Mövzuya qayıdılacaq.
-Bəs “BAFİDA” MMC-nin qanunsuz əməllərini himayə edən yüksək vəzifəli şəxs kimdir???
-Zarema adlı xanımı mərhum Tahir Yusifovla əməkdaşlığa cəlb edən əsl səbəb nə olub?
-Tahir Yusifovun əlində olan külli miqdarda pullar havaya necə sovrulub, bu işdə əsas rol oynayan kimdir?
“Təzadlar”ın
Araşdırma Qrupu




2388 dəfə oxunub.

Digər xəbərlər
16-05-2021
bütün xəbərlər
____ Instagram ___